Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Azərbaycan və Ermənistan sərhədində vəziyyəti pozmağa çalışır - Patruşev

© Sputnik / Арам НерсесянRusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) katibi Nikolay Patruşev
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) katibi Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 16.02.2024
Abunə olmaq
Patruşev qeyd edib ki, Qərbin nəyin bahasına olursa-olsun qlobal üstünlüyünü saxlamaq istəyi nəticəsində beynəlxalq vəziyyət görünməmiş dərəcədə pisləşib.
BAKI, 16 fevral — Sputnik. Qərb Cənubi Qafqazda vəziyyəti sarsıtmağa və Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etməyə çalışır. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Biz qərblilərin Cənubi Qafqazda vəziyyəti sarsıtmaq, o cümlədən Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini də görürük. Bu da regionlarda vəziyyətin kəskinləşməsinə gətirib çıxarıb" - Patruşev Bişkekdə Əfqanıstan məsələləri üzrə təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxışı zamanı deyib.
Patruşev Yaxın Şərqdə baş verənlərdən də danışıb və bildirib ki, İsrailin hərəkətləri Qəzza zolağında yaşayan iki milyondan çox fələstinli üçün humanitar fəlakətə və on minlərlə mülki vətəndaşın ölümünə səbəb olub.
Patruşev qeyd edib ki, Qərbin nəyin bahasına olursa-olsun qlobal üstünlüyünü saxlamaq istəyi nəticəsində beynəlxalq vəziyyət görünməmiş dərəcədə pisləşib: "Ukraynanın əli ilə Rusiyaya strateji məğlubiyyət vermək planları iflasa uğrayıb. Nəticədə, Yaxın Şərqdə sabitliyin pozulmasının yeni mərhələsi başlayıb".
Onun sözlərinə görə, ABŞ və Böyük Britaniyanın Husilərin mövqelərinə zərbələri tamamilə qeyri-qanunidir və BMT Nizamnaməsinə ziddir.
"Bu, Vaşinqton və London tərəfindən başladılmış müharibədir və onlar region ölkələrini bu müharibəyə cəlb etməyə çalışırlar. Vaşinqton və London Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək bəhanəsi ilə Yəmənlə müharibəyə başlayıblar. Onlar regional dövlətlərini bura sürükləməyə çalışırlar. Lakin onların husilərin mövqelərinə hücumları tamamilə qeyri-qanunidir və Yəmənlə heç bir əlaqəsi yoxdur. Vaşinqton bunu BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etmək kimi təqdim etməyə çalışır" - Patruşev deyib.
Xəbər lenti
0