https://sputnik.az/20240216/putin-qerb-liderlerine-rusiya-tarixinden-ela-ders-verdi---medvedev--462601677.html
Qərbin iqtisadi siyasətinə görə dünya böyük problemlərlə üzləşib - Medvedev
Qərbin iqtisadi siyasətinə görə dünya böyük problemlərlə üzləşib - Medvedev
Sputnik Azərbaycan
Medvedev qeyd edib ki, kollektiv Qərb "təmin edilməmiş pullar hesabına bütün dünyada malların alınmasını" həyata keçirir, bu da dünya inflyasiyasını... 16.02.2024, Sputnik Azərbaycan
2024-02-16T21:57+0400
2024-02-16T21:57+0400
2024-02-16T21:06+0400
dmitri medvedev
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
nato
qərb
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813323_0:0:2199:1237_1920x0_80_0_0_e79bf53ffd3c2b99b1458d1085a1847d.jpg
BAKI, 16 fevral — Sputnik. Qlobal iqtisadi sistem hazırda böyük problemlərlə, o cümlədən Qərbin sanksiyaları ilə üzləşib. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedev bildirib. "Qlobal iqtisadi sistem ciddi problemlərlə üz-üzədir. İstehsal və təchizat zəncirlərində böyük fasilələr yaşanır. BMT-dən yayınaraq qəbul edilmiş birtərəfli sanksiyalar - hazırda bu, Qərb dünyasında geniş yayılmış təcrübədir - yaxşı qurulmuş maliyyə və iqtisadi əlaqələri məhv edir" - Medvedev "Millətlərin Azadlığı Naminə!" forumunda çıxışı zamanı deyib. O, həmçinin qeyd edib ki, kollektiv Qərb "təmin edilməmiş pullar hesabına bütün dünyada malların alınmasını" həyata keçirir, bu da dünya inflyasiyasını sürətləndirir və planetdə yoxsulluğu artırır.13.02.24, 21:15Putin Qərb liderlərinə Rusiya tarixindən əla dərs verdi Rusiya Prezidenti Vladimir Putin Rusiya tarixindən əla dərs verdi. Bu dərsdən sonra Qərb ölkələrinin bir çox vətəndaşı ilk dəfə dünya xəritəsində Ukraynanı tapdı. Bunu çərşənbə axşamı, fevralın 13-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. "Rusiya tarixindən əla dərs keçirildi, onu dinləyən bir çox Qərb ölkələrinin vətəndaşları dünya xəritəsində ilk dəfə "Ukrayna"nı tapdılar. ABŞ-lı Dementi baba (ABŞ prezidenti Co Bayden - Red.) isə nəinki öz adını, həm də ABŞ-ın ilk prezidentinin kim olduğunu yadına sala bildi. Napoleon? Çörçill? Frank Sinatra? Ah, əlbəttə ki, Çinqaçquk!" - Medvedevin "Teleqram" kanalında dərc olunan mesajda belə qeyd edilib. Beləliklə, Təhlükəsizlik Şurasının sədr müavini Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şoltsun Rusiya liderinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi barədə danışmasına münasibət bildirib. Qərb liderləri bu materialı "absurd" hesab ediblər. Medvedev də öz növbəsində qeyd edib ki, digər dövlətlərin başçıları, bir qayda olaraq, həmkarlarının müsahibələrini şərh etmirlər, çünki onlar üçün konkret məsələ ilə bağlı öz bəyanatını vermək daha asandır. "Axı bütün dövlət liderləri ən azı beynəlxalq hüquq baxımından bərabər statuslu şəxslərdir. Orada isə belə deyir: par in parem non habet imperium (bərabərin bərabər üzərində səlahiyyəti yoxdur. - Red.)" - o qeyd edib. Medvedev qeyd edib ki, Qərb siyasətçilərinin bu cür reaksiyası "dərmanın hədəfə təsir etdiyini" göstərir. Bir gün əvvəl, fevralın 12-də Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, əgər Olaf və Sunak Putinin amerikalı jurnalistə verdiyi müsahibəni şərh ediblərsə, bu, o deməkdir ki, onlar onu izləyiblər və deməli, London və Berlin Moskvanın mövqeyini eşidiblər. Bu söhbətə reaksiya olaraq ifadə edilən emosional sözlər yalnız öz vergi ödəyicilərinin gözündə özünü doğrultmaq cəhdidir. Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Şolts Rusiya liderinin müsahibəsini izləyib və bununla da bu müsahibəyə baxmamağı əmr edən "ABŞ-ın əmrinə tabe olmayıb". Diplomatın fikrincə, Almaniya kansleri Ağ Evdən gələn qadağaları getdikcə daha çox pozarsa, Almaniyanı böhrandan çıxara bilər. Xatırladaq ki, Putinin Taker Karlsonla müsahibəsi iki saat altı dəqiqə davam edib. Dövlət başçısı jurnalistə Ukrayna münaqişəsi, Rusiyanın ABŞ və NATO ilə münasibətləri barədə danışıb, digər mövzulara da diqqət yetirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813323_35:0:2026:1493_1920x0_80_0_0_a91ae702c7fa3bdd2562454de3ee0d85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dmitri medvedev, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, nato, qərb, abş
dmitri medvedev, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, nato, qərb, abş
Qərbin iqtisadi siyasətinə görə dünya böyük problemlərlə üzləşib - Medvedev
Medvedev qeyd edib ki, kollektiv Qərb "təmin edilməmiş pullar hesabına bütün dünyada malların alınmasını" həyata keçirir, bu da dünya inflyasiyasını sürətləndirir və planetdə yoxsulluğu artırır.
BAKI, 16 fevral — Sputnik. Qlobal iqtisadi sistem hazırda böyük problemlərlə, o cümlədən Qərbin sanksiyaları ilə üzləşib. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedev bildirib.
"Qlobal iqtisadi sistem ciddi problemlərlə üz-üzədir. İstehsal və təchizat zəncirlərində böyük fasilələr yaşanır. BMT-dən yayınaraq qəbul edilmiş birtərəfli sanksiyalar - hazırda bu, Qərb dünyasında geniş yayılmış təcrübədir - yaxşı qurulmuş maliyyə və iqtisadi əlaqələri məhv edir" - Medvedev "Millətlərin Azadlığı Naminə!" forumunda çıxışı zamanı deyib.
O, həmçinin qeyd edib ki, kollektiv Qərb "təmin edilməmiş pullar hesabına bütün dünyada malların alınmasını" həyata keçirir, bu da dünya inflyasiyasını sürətləndirir və planetdə yoxsulluğu artırır.
Putin Qərb liderlərinə Rusiya tarixindən əla dərs verdi
Rusiya Prezidenti Vladimir Putin Rusiya tarixindən əla dərs verdi. Bu dərsdən sonra Qərb ölkələrinin bir çox vətəndaşı ilk dəfə dünya xəritəsində Ukraynanı tapdı.
Bunu çərşənbə axşamı, fevralın 13-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Rusiya tarixindən əla dərs keçirildi, onu dinləyən bir çox Qərb ölkələrinin vətəndaşları dünya xəritəsində ilk dəfə "Ukrayna"nı tapdılar. ABŞ-lı Dementi baba (ABŞ prezidenti Co Bayden - Red.) isə nəinki öz adını, həm də ABŞ-ın ilk prezidentinin kim olduğunu yadına sala bildi. Napoleon? Çörçill? Frank Sinatra? Ah, əlbəttə ki, Çinqaçquk!" - Medvedevin "Teleqram" kanalında dərc olunan mesajda belə qeyd edilib.
Beləliklə, Təhlükəsizlik Şurasının sədr müavini Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şoltsun Rusiya liderinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi barədə danışmasına münasibət bildirib. Qərb liderləri bu materialı "absurd" hesab ediblər. Medvedev də öz növbəsində qeyd edib ki, digər dövlətlərin başçıları, bir qayda olaraq, həmkarlarının müsahibələrini şərh etmirlər, çünki onlar üçün konkret məsələ ilə bağlı öz bəyanatını vermək daha asandır.
"Axı bütün dövlət liderləri ən azı beynəlxalq hüquq baxımından bərabər statuslu şəxslərdir. Orada isə belə deyir: par in parem non habet imperium (bərabərin bərabər üzərində səlahiyyəti yoxdur. - Red.)" - o qeyd edib.
Medvedev qeyd edib ki, Qərb siyasətçilərinin bu cür reaksiyası "dərmanın hədəfə təsir etdiyini" göstərir.
Bir gün əvvəl, fevralın 12-də Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, əgər Olaf və Sunak Putinin amerikalı jurnalistə verdiyi müsahibəni şərh ediblərsə, bu, o deməkdir ki, onlar onu izləyiblər və deməli, London və Berlin Moskvanın mövqeyini eşidiblər. Bu söhbətə reaksiya olaraq ifadə edilən emosional sözlər yalnız öz vergi ödəyicilərinin gözündə özünü doğrultmaq cəhdidir.
Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Şolts Rusiya liderinin müsahibəsini izləyib və bununla da bu müsahibəyə baxmamağı əmr edən "ABŞ-ın əmrinə tabe olmayıb". Diplomatın fikrincə, Almaniya kansleri Ağ Evdən gələn qadağaları getdikcə daha çox pozarsa, Almaniyanı böhrandan çıxara bilər.
Xatırladaq ki, Putinin Taker Karlsonla müsahibəsi iki saat altı dəqiqə davam edib. Dövlət başçısı jurnalistə Ukrayna münaqişəsi, Rusiyanın ABŞ və NATO ilə münasibətləri barədə danışıb, digər mövzulara da diqqət yetirib.