Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Kiyev hakimiyyətini "beynəlxalq dilənçilər" adlandırdı

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 16.02.2024
Abunə olmaq
XİN-in başçısı deyib ki, Qərb Ukraynadan hər mənada Rusiyanı cilovlamaq, ona strateji məğlubiyyət vermək üçün istifadə edir.
BAKI, 16 fevral — Sputnik. Qərbin Ukraynadan öz məqsədləri üçün istifadə etməsi nəticəsində ölkə Avropanın ən kasıb dövlətinə çevrilib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Avromaydan: Ukraynanın itirilmiş onilliyi” konfransındakı çıxışı zamanı deyib.
"Qərb Ukraynadan Rusiyanı hər mənada cilovlamaqdan ötrü istifadə edir. Hazırda özlərinin etiraf etdikləri kimi - necə deyərlər, Rusiyaya strateji məğlubiyyət vermək üçün" – Lavrov sözünə davam edib.
"Nəticədə hələ Sovet İttifaqının tərkibində olarkən, daha sonra isə Sovet İttifaqından, Rusiya imperiyasından qismətinə ən zəngin sənaye potensialı düşən Ukrayna, Avropanın ən kasıb dövlətinə çevrilib. Mübaliğəsiz, tükənməkdə olan bir əraziyə. Kiyev hakimiyyəti isə artıq hamı tərəfindən qəbul edilmiş beynəlxalq dilənçilərdir" – Lavrov bildirib.
"Rusiya ilə Qərb arasında münasibətlərin bərpası bizdən asılı deyil, Moskvanın xeyirxah jestlərinin həddi tükənib" - Rusiya XİN başçısı qeyd edib.
Lavrov əlavə edib ki, Kiyevlə dialoq məsələsində top Moskvanın meydançasında deyil. Ən başda Zelenski danışıqları qadağan edən fərmanı ləğv etməlidir.
Xəbər lenti
0