https://sputnik.az/20240215/rusiyali-tedqiqatcilar-benovseyi-taxilli-bugda-sortunu-hazirlayiblar-462639929.html
Rusiyalı tədqiqatçılar bənövşəyi taxıllı buğda sortunu hazırlayıblar
Rusiyalı tədqiqatçılar bənövşəyi taxıllı buğda sortunu hazırlayıblar
Sputnik Azərbaycan
Yumşaq yazlıq buğdanın yeni sortu yüksək məhsuldarlığa malikdir, daha qısa yetişmə müddəti və yüksək quraqlığa davamlılığı ilə xarakterizə olunur. 15.02.2024, Sputnik Azərbaycan
2024-02-15T14:59+0400
2024-02-15T14:59+0400
2024-02-15T15:53+0400
buğda
rusiya
bölgə
bölgələr
voronej
voronej
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332496_0:160:3073:1888_1920x0_80_0_0_df1de255ee646901126d90f5094aa7e0.jpg
BAKI, 15 fevral — Sputnik. Timiryazev Akademiyasının alimləri buğdanın yeni sortunu hazırlayıblar. O, taxılların rəngi ilə fərqlənir – taxıllar bənövşəyi rəngə malikdirlər. Bu barədə Akademiyanın mətbuat xidmətindən "RİA Novosti"yə məlumat verilib. Tədqiqatçıların fikrincə, bu buğda funksional qidalanmada istifadə edilə bilər. Belə məhsullar insan orqanizminin fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə edilir, müalicəvi və profilaktik pəhrizə əlavə olunur. "Yumşaq yazlıq buğdanın yeni sortu yüksək məhsuldarlığa malikdir, daha qısa yetişmə müddəti və yüksək quraqlığa davamlılığı ilə xarakterizə olunur" - alimlər əlavə ediblər. Buğda Rusiyanın Mərkəzi, Mərkəzi Qara Torpaq və Volqa-Vyatka bölgələrində becərilərsə, ən yaxşı məhsul əldə ediləcək. Bu təcrübə bütün dünyada tətbiq olunur və hazırda Rusiya Federasiyasına da gəlib çatıb. Əvvəllər bildirilmişdi ki, Voronej vilayətində orqanik məhsulların istehsalı üzrə işlər uğurla aparılır. Orqanik əkinçilik kimyəvi gübrə və pestisidlərdən istifadə etmədən məhsul yetişdirmək texnologiyasıdır.
voronej
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332496_170:0:2901:2048_1920x0_80_0_0_ec6042ed05ea14c2e9bd0a7d4dd92b76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
buğda, bölgə, bölgələr, voronej, voronej
buğda, bölgə, bölgələr, voronej, voronej
Rusiyalı tədqiqatçılar bənövşəyi taxıllı buğda sortunu hazırlayıblar
14:59 15.02.2024 (Yenilənib: 15:53 15.02.2024) Yumşaq yazlıq buğdanın yeni sortu yüksək məhsuldarlığa malikdir, daha qısa yetişmə müddəti və yüksək quraqlığa davamlılığı ilə xarakterizə olunur.
BAKI, 15 fevral — Sputnik. Timiryazev Akademiyasının alimləri buğdanın yeni sortunu hazırlayıblar. O, taxılların rəngi ilə fərqlənir – taxıllar bənövşəyi rəngə malikdirlər.
Bu barədə Akademiyanın mətbuat xidmətindən "RİA Novosti"yə məlumat verilib.
Tədqiqatçıların fikrincə, bu buğda funksional qidalanmada istifadə edilə bilər. Belə məhsullar insan orqanizminin fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə edilir, müalicəvi və profilaktik pəhrizə əlavə olunur.
"Yumşaq yazlıq buğdanın yeni sortu yüksək məhsuldarlığa malikdir, daha qısa yetişmə müddəti və yüksək quraqlığa davamlılığı ilə xarakterizə olunur" - alimlər əlavə ediblər.
Buğda Rusiyanın Mərkəzi, Mərkəzi Qara Torpaq və Volqa-Vyatka bölgələrində becərilərsə, ən yaxşı məhsul əldə ediləcək. Bu təcrübə bütün dünyada tətbiq olunur və hazırda Rusiya Federasiyasına da gəlib çatıb.
Əvvəllər bildirilmişdi ki, Voronej vilayətində orqanik məhsulların istehsalı üzrə işlər uğurla aparılır. Orqanik əkinçilik kimyəvi gübrə və pestisidlərdən istifadə etmədən məhsul yetişdirmək texnologiyasıdır.