https://sputnik.az/20240215/putin-bugunku-almanlar-nasist-almaniyasina-gore-mesuliyyet-dasimirlar-462640069.html
Putin: Bugünkü almanlar nasist Almaniyasına görə məsuliyyət daşımırlar
Putin: Bugünkü almanlar nasist Almaniyasına görə məsuliyyət daşımırlar
Sputnik Azərbaycan
Rusiya lideri Almaniya mətbuatında Almaniyanın xarici işlər naziri Annalena Berbokun babasının nasist olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 15.02.2024, Sputnik Azərbaycan
2024-02-15T15:49+0400
2024-02-15T15:49+0400
2024-02-15T16:04+0400
rusiya prezidenti vladimir putin
rusiya
vladimir putin
putin
rusiya federasiyasının prezidenti vladimir putin
almaniya
alman
alman faşizmi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446890643_0:0:3163:1779_1920x0_80_0_0_2bbd7d333ab050fcbd3e8d02a1afbdc4.jpg
BAKI, 15 fevral — Sputnik. Almanların bugünkü nəsli nasist Almaniyasının əməllərinə görə məsuliyyət daşımamalıdır.Rusiya Prezidenti Vladimir Putin bu barədə jurnalist Pavel Zarubinə onun "Telegram" kanalında dərc olunan müsahibəsində bildirib. Beləliklə, Rusiya lideri Almaniya mətbuatında Almaniyanın xarici işlər naziri Annalena Berbokun babasının nasist olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. "Biz Hitler və onun əlaltılarının nəinki Almaniyada, həm də dünyanın digər yerlərində, Avropada və s. etdiklərinə görə bugünkü nəslin insanlarının üzərinə məsuliyyət qoya bilmərik. Düşünürəm ki, bu, ədalətsizlik olardı" - Putin bildirib. O vurğulayıb ki, Sovet İttifaqı xalqlarının yaşadıqlarından sui-istifadə etmək olmaz. Vladimir Putinin fikrincə, bu günün reallıqlarına diqqət yetirmək, ölkələrin onilliklər əvvəl deyil, hazırda yürütdükləri siyasətləri qiymətləndirmək lazımdır. Daha əvvəl Almaniyada Berbokun babası haqqında Vermaxt dosyesi ortaya çıxıb. Dosyeyə görə, ideoloji nasist olan baba müharibə illərində bölmələrdən birində mühəndis vəzifəsində çalışmış və "hərbi xidmətlərə görə" Hitler xaçı almışdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446890643_0:0:2731:2048_1920x0_80_0_0_fb4027d17de6228929451773029ebd4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya prezidenti vladimir putin, vladimir putin, putin, rusiya federasiyasının prezidenti vladimir putin, almaniya, alman, alman faşizmi
rusiya prezidenti vladimir putin, vladimir putin, putin, rusiya federasiyasının prezidenti vladimir putin, almaniya, alman, alman faşizmi
Putin: Bugünkü almanlar nasist Almaniyasına görə məsuliyyət daşımırlar
15:49 15.02.2024 (Yenilənib: 16:04 15.02.2024) Rusiya lideri Almaniya mətbuatında Almaniyanın xarici işlər naziri Annalena Berbokun babasının nasist olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
BAKI, 15 fevral — Sputnik. Almanların bugünkü nəsli nasist Almaniyasının əməllərinə görə məsuliyyət daşımamalıdır.
Rusiya Prezidenti Vladimir Putin bu barədə jurnalist Pavel Zarubinə onun "Telegram" kanalında dərc olunan müsahibəsində bildirib.
Beləliklə, Rusiya lideri Almaniya mətbuatında Almaniyanın xarici işlər naziri Annalena Berbokun babasının nasist olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Biz Hitler və onun əlaltılarının nəinki Almaniyada, həm də dünyanın digər yerlərində, Avropada və s. etdiklərinə görə bugünkü nəslin insanlarının üzərinə məsuliyyət qoya bilmərik. Düşünürəm ki, bu, ədalətsizlik olardı" - Putin bildirib.
O vurğulayıb ki, Sovet İttifaqı xalqlarının yaşadıqlarından sui-istifadə etmək olmaz. Vladimir Putinin fikrincə, bu günün reallıqlarına diqqət yetirmək, ölkələrin onilliklər əvvəl deyil, hazırda yürütdükləri siyasətləri qiymətləndirmək lazımdır.
Daha əvvəl Almaniyada Berbokun babası haqqında Vermaxt dosyesi ortaya çıxıb. Dosyeyə görə, ideoloji nasist olan baba müharibə illərində bölmələrdən birində mühəndis vəzifəsində çalışmış və "hərbi xidmətlərə görə" Hitler xaçı almışdır.