https://sputnik.az/20240214/tacikistanin-serhedinde-sd-yaraqlilarinin-sayi-artir---bas-qerargah-reisi-462616724.html
Tacikistanın sərhədində İŞİD yaraqlılarının sayı artır - Baş Qərargah rəisi
Tacikistanın sərhədində İŞİD yaraqlılarının sayı artır - Baş Qərargah rəisi
Sputnik Azərbaycan
Birləşmiş Qərargah rəisi deyir ki, narkotik vasitələrin qanunsuzdövriyyəsi və silah-sursatın qeyri-qanuni yayılması da regionda kriminal vəziyyətə mənfi təsir... 14.02.2024, Sputnik Azərbaycan
2024-02-14T13:29+0400
2024-02-14T13:29+0400
2024-02-14T13:40+0400
rusiya
"islam dövləti"
rusiya
tacikistan
https://cdnn1.img.sputnik.az/img/40405/03/404050338_0:0:2000:1125_1920x0_80_0_0_e0b09ba664cf45045b711263eede33b7.jpg
BAKI, 14 fevral — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tacikistanın cənub sərhədləri yaxınlığında "İslam Dövləti" (Rusiya Federasiyasında fəaliyyəti qadağan olunub) silahlılarının sayının artdığını müşahidə edir. TASS xəbər verir ki, bunu brifinqdə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib. Tacikistanın cənub sərhədində İslam Dövlətinin Əfqanıstan qolu - Vilayət Xorasan (Rusiya Federasiyasında qadağan edilib) və Pakistanın Taliban hərəkatının (Rusiya Federasiyasında qadağan olunub) sayının artması müşahidə olunur. Onların təlim keçməsi üçün səhra düşərgələri genişlənir. Əcnəbi döyüşçülərin əsas kontingenti Əfqanıstanın şimal əyalətlərində cəmləşib. Serdyukovun fikrincə, vəziyyətin pisləşməsinə hökumət qoşunları ilə müxalifət arasında davam edən qarşıdurma, milli və dini azlıqların sıxışdırılması, habelə iqtisadi vəziyyətin pisləşməsi səbəbindən humanitar problemlərin kəskinləşməsi miqrasiya axınının artması təsir edə bilər. Narkotik vasitələrin qanunsuzdövriyyəsi və silah-sursatın qeyri-qanuni yayılması da regionda kriminal vəziyyətə mənfi təsir göstərir", qərargah rəisi qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40405/03/404050338_0:0:1680:1259_1920x0_80_0_0_8c4373e33c7bd664cfdc1b2f2b6107df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
"islam dövləti", rusiya, tacikistan
"islam dövləti", rusiya, tacikistan
Tacikistanın sərhədində İŞİD yaraqlılarının sayı artır - Baş Qərargah rəisi
13:29 14.02.2024 (Yenilənib: 13:40 14.02.2024) Birləşmiş Qərargah rəisi deyir ki, narkotik vasitələrin qanunsuzdövriyyəsi və silah-sursatın qeyri-qanuni yayılması da regionda kriminal vəziyyətə mənfi təsir göstərir.
BAKI, 14 fevral — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tacikistanın cənub sərhədləri yaxınlığında "İslam Dövləti" (Rusiya Federasiyasında fəaliyyəti qadağan olunub) silahlılarının sayının artdığını müşahidə edir. TASS xəbər verir ki, bunu brifinqdə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib.
"Mərkəzi Asiya regionunda sabitliyə əsas təhlükə "İslam Dövləti", "Əl-Qaidə" və digərləri kimi beynəlxalq terrorçu və ekstremist təşkilatlardan gəlir" - o deyib.
Tacikistanın cənub sərhədində İslam Dövlətinin Əfqanıstan qolu - Vilayət Xorasan (Rusiya Federasiyasında qadağan edilib) və Pakistanın Taliban hərəkatının (Rusiya Federasiyasında qadağan olunub) sayının artması müşahidə olunur. Onların təlim keçməsi üçün səhra düşərgələri genişlənir. Əcnəbi döyüşçülərin əsas kontingenti Əfqanıstanın şimal əyalətlərində cəmləşib.
Serdyukovun fikrincə, vəziyyətin pisləşməsinə hökumət qoşunları ilə müxalifət arasında davam edən qarşıdurma, milli və dini azlıqların sıxışdırılması, habelə iqtisadi vəziyyətin pisləşməsi səbəbindən humanitar problemlərin kəskinləşməsi miqrasiya axınının artması təsir edə bilər. Narkotik vasitələrin qanunsuzdövriyyəsi və silah-sursatın qeyri-qanuni yayılması da regionda kriminal vəziyyətə mənfi təsir göstərir", qərargah rəisi qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.