Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Siyasi dinamika və "rəngli inqilablar" təhlükəsi: yanaşmalar dəyişibmi?

Seçki - Sputnik Azərbaycan, 1920, 14.02.2024
Abunə olmaq
Politoloq Yeganə Hacıyeva ölkədə keçirilən "Qələbə seçkiləri" fonunda Azərbaycanın yenilənmiş siyasi gündəmi və "rəngli inqilabların" nümunələri haqqında danışacaq.
BAKI, 14 fevral — Sputnik. Azərbaycanda keçirilən prezident seçkiləri davam edən siyasi kursa ictimai dəstəyi bir daha parlaq şəkildə nümayiş etdirdi.
Lakin təəssüflər olsun ki, xarici siyasətdə müstəqilliyin və muxtariyyətin möhkəmləndirilməsi kursuna xalq tərəfindən bu cür qeyd-şərtsiz dəstək ölkə hüdudlarından kənarda hamını qane etmir. Bakının müstəqil kursunu bəyənməyənlər arasında çox güman ki, "rəngli inqilablar"ın "müəllifləri" də var ki, onlar yeni siyasi şəraitdə öz güclərini sınamaqdan çəkinmirlər.
© Sputnik / Murad OrujovGənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva
Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva - Sputnik Azərbaycan, 1920, 14.02.2024
Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva
Politoloq, Gənc Demokratlar İnstitutunun sədri Yeganə Hacıyeva fevralın 16-da saat 15.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində ölkədə keçirilən "Qələbə seçkiləri" fonunda Azərbaycanın yenilənmiş siyasi gündəmi və "rəngli inqilabların" nümunələri haqqında danışacaq.
Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0