https://sputnik.az/20240214/rusiya-xn-baki-ve-revana-cagiris-edib-462626842.html
Rusiya XİN Bakı və İrəvana çağırış edib
Rusiya XİN Bakı və İrəvana çağırış edib
Sputnik Azərbaycan
Rusiyalı diplomat bildirir ki, bütün məsələlər müstəsna olaraq sülh, siyasi və diplomatik vasitələrlə həll edilməlidir. 14.02.2024, Sputnik Azərbaycan
2024-02-14T16:56+0400
2024-02-14T16:56+0400
2024-02-14T16:57+0400
rusiya
mariya zaxarova
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/16/460781591_0:0:2966:1668_1920x0_80_0_0_58323b1e62f82612941cfdbf2a2f472e.jpg
BAKI, 14 fevral — Sputnik. Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri deeskalasiya üçün addımlar atmağa çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Fevralın 12-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan ərazisindən açılan atışma nətivcəsində bir azərbaycanlı sərhədçinin yaralandığını bildirib. Fevralın 13-də səhər saatlarında Azərbaycan Dövlət Sərhəd Xidməti cavab olaraq "qisas əməliyyatı" həyata keçirdiyini, nəticədə Ermənistanın döyüş postunun məhv edildiyini açıqlayıb. İrəvan 4 erməni əsgərinin öldüyünü təsdiqləyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/16/460781591_235:0:2966:2048_1920x0_80_0_0_270ce9c5bbb3ed5f5e63f3c8d3604774.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, ermənistan, azərbaycan
mariya zaxarova, ermənistan, azərbaycan
Rusiya XİN Bakı və İrəvana çağırış edib
16:56 14.02.2024 (Yenilənib: 16:57 14.02.2024) Rusiyalı diplomat bildirir ki, bütün məsələlər müstəsna olaraq sülh, siyasi və diplomatik vasitələrlə həll edilməlidir.
BAKI, 14 fevral — Sputnik. Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri deeskalasiya üçün addımlar atmağa çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Biz Bakı və İrəvanı qətiyyətlə təmkin nümayiş etdirməyə, gərginliyin azaldılması üçün addımlar atmağa və vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq hərəkətlərdən çəkinməyə çağırırıq. Bütün məsələlər müstəsna olaraq sülh, siyasi və diplomatik vasitələrlə həll edilməlidir. Baş verənlər 2020-2022-ci illər arasında Azərbaycan və Ermənistanın ən yüksək səviyyədə imzaladığı üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsinə tezliklə qayıtmağın zəruriliyini bir daha təsdiqləyir. Moskva əmindir ki, ərazi mübahisələri Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir. Biz bu prosesə məsləhətçi yardım göstərməyə hazırıq" - Zaxarova bildirib.
Fevralın 12-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan ərazisindən açılan atışma nətivcəsində bir azərbaycanlı sərhədçinin yaralandığını bildirib. Fevralın 13-də səhər saatlarında Azərbaycan Dövlət Sərhəd Xidməti cavab olaraq "qisas əməliyyatı" həyata keçirdiyini, nəticədə Ermənistanın döyüş postunun məhv edildiyini açıqlayıb. İrəvan 4 erməni əsgərinin öldüyünü təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.