https://sputnik.az/20240214/qerb-baki-ile-revan-arasinda-nizamlanmaya-tesir-gostermeye-calisir---serdyukov-462615725.html
Qərb Bakı ilə İrəvan arasında nizamlanmaya təsir göstərməyə çalışır - Serdyukov
Qərb Bakı ilə İrəvan arasında nizamlanmaya təsir göstərməyə çalışır - Serdyukov
Sputnik Azərbaycan
KTMT-nin Birləşmiş Qərargah rəisi bildirib ki, ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına və... 14.02.2024, Sputnik Azərbaycan
2024-02-14T12:24+0400
2024-02-14T12:24+0400
2024-02-14T13:47+0400
rusiya
ktmt
qərb
ermənistan
münaqişə
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460997033_0:142:3138:1907_1920x0_80_0_0_94e742b2771e5b1b6c7614525812b358.jpg
BAKI, 14 fevral — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sərhədlərində mövcud vəziyyət təşkilatın hərbi potensialının gücləndirilməsini tələb edir. Bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov brifinqdə deyib. Serdyukov onu da qeyd edib ki, Şərqi Avropada KTMT üçün əsas problemlər siyasi, maliyyə, iqtisadi və informasiya sferasında Qərb ölkələrinin davamlı təzyiqləri, habelə NATO-nun davam edən hərbiləşdirilməsini nəzərə alaraq Şərqə doğru genişlənməsi idi. Serdyukov deyib ki, KTMT Azərbaycan-Ermənistan sərhədində yüksək münaqişə potensialını görür, vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi tələb olunur: "Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var. Digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədinin potensialından fəal şəkildə istifadə olunur. Sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında mühüm olaraq qalacaq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460997033_204:0:2935:2048_1920x0_80_0_0_be609c0465c13dbe4f3d136ef680e3c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, qərb, ermənistan, münaqişə
ktmt, qərb, ermənistan, münaqişə
Qərb Bakı ilə İrəvan arasında nizamlanmaya təsir göstərməyə çalışır - Serdyukov
12:24 14.02.2024 (Yenilənib: 13:47 14.02.2024) KTMT-nin Birləşmiş Qərargah rəisi bildirib ki, ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var.
BAKI, 14 fevral — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sərhədlərində mövcud vəziyyət təşkilatın hərbi potensialının gücləndirilməsini tələb edir. Bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov brifinqdə deyib.
"Dünyada, o cümlədən təşkilata üzv olan dövlətlərə bitişik regionlarda baş verən proseslərin dinamikası, beynəlxalq münasibətlərin transformasiyası, çağırış və təhdidlər dairəsinin genişlənməsi kollektiv təhlükəsizliyin təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi və sistemli şəkildə həyata keçirilməsi zərurətini diktə edir. Hərbi təhlükəsizliyə təhdidlərin əsas mənbəyi ABŞ və Qərb ölkələrinin dağıdıcı fəaliyyəti olmaqda davam edir, bunun nəticəsində hərbi təhlükəsizliyi təmin edən strukturlar yaradılıb. BMT Nizamnaməsi prinsiplərinə əsaslanan qlobal təhlükəsizlik məhv edilir" - Serdyukov bildirib.
Serdyukov onu da qeyd edib ki, Şərqi Avropada KTMT üçün əsas problemlər siyasi, maliyyə, iqtisadi və informasiya sferasında Qərb ölkələrinin davamlı təzyiqləri, habelə NATO-nun davam edən hərbiləşdirilməsini nəzərə alaraq Şərqə doğru genişlənməsi idi.
Serdyukov deyib ki, KTMT Azərbaycan-Ermənistan sərhədində yüksək münaqişə potensialını görür, vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi tələb olunur:
"Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var. Digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədinin potensialından fəal şəkildə istifadə olunur. Sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında mühüm olaraq qalacaq".
"Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır" - Serdyukov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.