Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Ukrayna böhranının diplomatik yolla həllinə hazırdır - Polyanski

© AP Photo / LIBKOSUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Abunə olmaq
Rusiyanın Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün Qərbdən xahiş etməsinə dair iddialar həqiqətə uyğun deyil.
BAKI, 13 fevral — Sputnik. Rusiya Ukrayna böhranının diplomatik yolla həllinə hazırdır.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
O bildirib ki, Rusiya heç vaxt Ukraynadakı münaqişənin həlli üçün danışıqlardan imtina etməyib: "Söhbət Rusiyanın xüsusi hərbi əməliyyat çərçivəsində məqsəd və vəzifələrinin diplomatik yolla həyata keçirilməsini təmin etməkdən gedir".
D.Polyanski həmçinin söyləyib ki, Rusiyanın Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün Qərbdən xahiş etməsinə dair iddialar həqiqətə uyğun deyil.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müharibənin sülh yolu ilə həllinə çalışdığını dəfələrlə bəyan edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0