QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda evin zirzəmisindən silah-sursat tapılıb

© Photo : Ministry of Internal AffairsXocalıda musiqi məktəbində xeyli sayda silah-sursat tapılıb
Xocalıda musiqi məktəbində xeyli sayda silah-sursat tapılıb - Sputnik Azərbaycan, 1920, 12.02.2024
Abunə olmaq
Polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayı evinin zirzəmisindən müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.
BAKI, 12 fevral — Sputnik. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirilən tədbirlər zamanı evlərin birinin zirzəmisindən silah-sursat aşkar ediblər.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayı evinin zirzəmisindən 6 ədəd avtomat, 1 ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
05.02.24
Xocalıda musiqi məktəbində silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Belə ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xanabad kəndi ərazisində yerləşən musiqi məktəbindən 11 ədəd "Kalaşnikov" avtomatı, 3 ədəd "PK" markalı pulemyot, 3 ədəd "RPQ-7" qumbaraatanı, 10 ədəd qumbaraatan mərmisi, 14 ədəd alışdırcısı, 1 ədəd "MUXA" markalı qumbaraatan, 10 "PK" markalı pulemyot sandığı, 1 ədəd "PK" markalı pulemyotun çaxmaq çərçivəli qaz porşeni, 4 ədəd pulemyot qatarı, 35 ədəd avtomat darağı, 4 ədəd avtomat nişangahı, 30 ədəd "F1" əl qumbarası, 45 ədəd qumbaraalışdırıcısı, 1 ədəd "M-75" əl qumbarası, 19820 ədəd 5.45 mm-lik və 8050 ədəd 7.62 mm-lik patron aşkarlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
© Photo : Ministry of Internal AffairsXocalıda musiqi məktəbində xeyli sayda silah-sursat tapılıb
Xocalıda musiqi məktəbində xeyli sayda silah-sursat tapılıb - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Xocalıda musiqi məktəbində xeyli sayda silah-sursat tapılıb
Həmçinin Xankəndi şəhərində də xeyli silah-sursat tapılıb. Bu barədə DİN məlumat yayıb.
Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də və 4-də Xankəndi şəhəri ərazisində 2 ədəd avtomat silahı, 24 ədəd müxtəlif markalı tapança, 1 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 54 ədəd patron darağı, 1609 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0