https://sputnik.az/20240212/rusiya-ve-turkiye-odenislerde-swift-alternativlerini-muzakire-edirler---kv-462579072.html
Rusiya və Türkiyə ödənişlərdə SWIFT alternativlərini müzakirə edirlər - KİV
Rusiya və Türkiyə ödənişlərdə SWIFT alternativlərini müzakirə edirlər - KİV
Sputnik Azərbaycan
Rusiya Bankından qeyd edilib ki, tənzimləyici oxşar sistemin yaradılması üçün bütün lazımi vasitələrə malikdir 12.02.2024, Sputnik Azərbaycan
2024-02-12T23:12+0400
2024-02-12T23:12+0400
2024-02-12T23:12+0400
swift
rusiya
türkiyə
bank
bank
tənzimlənmə
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441540078_0:28:2001:1153_1920x0_80_0_0_e7a16234e69c5e8864da550a0df25eb1.jpg
BAKI, 12 fevral — Sputnik. Türkiyə və Rusiyanın bank qurumları SWIFT alternativlərinin ödəniş sistemini müzakirə ediblər, lakin hazırda konkret qərarlar qəbul edilməyib. Bu barədə "RİA Novosti" Türkiyənin bank sektorundakı mənbəyinə istinadən xəbər verib. "Mövcud vəziyyətlə əlaqədar SWIFT-ə olan alternativlər müzakirə olunub. Lakin hələlik konkret qərarlar qəbul edilməyib" - agentlik bildirir. 2022-ci ilin martında Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara məruz qalan yeddi Rusiya bankının SWIFT-dən ayrılması ilə bağlı yekun qərar qəbul edib. Rusiya Bankından qeyd edilib ki, tənzimləyici oxşar sistemin yaradılması üçün bütün lazımi vasitələrə malikdir, 2024-cü ilin əvvəlində isə 20-dən çox ölkə beynəlxalq SWIFT sisteminin Rusiya analoquna qoşulub. "KP.RU" saytı SWIFT sisteminin nə olduğunu, ekspert icmasının Rusiyanın bu sistemdən ayrılmasını niyə fərqli qəbul etdiyini, bundan sonra dünya bank və maliyyə sistemlərinin çökməsini gözləyib-gözləməyəcəyini və digər ölkələrin oxşar vəziyyətin necə öhdəsindən gəldiyini anlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441540078_0:0:1777:1333_1920x0_80_0_0_e246a49656185adc2cb51bb4abef521c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
swift, türkiyə, bank, bank, tənzimlənmə
swift, türkiyə, bank, bank, tənzimlənmə
Rusiya və Türkiyə ödənişlərdə SWIFT alternativlərini müzakirə edirlər - KİV
Rusiya Bankından qeyd edilib ki, tənzimləyici oxşar sistemin yaradılması üçün bütün lazımi vasitələrə malikdir
BAKI, 12 fevral — Sputnik. Türkiyə və Rusiyanın bank qurumları SWIFT alternativlərinin ödəniş sistemini müzakirə ediblər, lakin hazırda konkret qərarlar qəbul edilməyib.
Bu barədə "RİA Novosti" Türkiyənin bank sektorundakı mənbəyinə istinadən xəbər verib.
"Mövcud vəziyyətlə əlaqədar SWIFT-ə olan alternativlər müzakirə olunub. Lakin hələlik konkret qərarlar qəbul edilməyib" - agentlik bildirir.
2022-ci ilin martında Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara məruz qalan yeddi Rusiya bankının SWIFT-dən ayrılması ilə bağlı yekun qərar qəbul edib.
Rusiya Bankından qeyd edilib ki, tənzimləyici oxşar sistemin yaradılması üçün bütün lazımi vasitələrə malikdir, 2024-cü ilin əvvəlində isə 20-dən çox ölkə beynəlxalq SWIFT sisteminin Rusiya analoquna qoşulub.
"KP.RU" saytı SWIFT sisteminin nə olduğunu, ekspert icmasının Rusiyanın bu sistemdən ayrılmasını niyə fərqli qəbul etdiyini, bundan sonra dünya bank və maliyyə sistemlərinin çökməsini gözləyib-gözləməyəcəyini və digər ölkələrin oxşar vəziyyətin necə öhdəsindən gəldiyini anlayıb.