https://sputnik.az/20240212/peskov-putinin-karlsona-verdiyi-musahibesine-qerbin-emosional-reaksiyasini-serh-edib-462572997.html
Peskov Putinin Karlsona verdiyi müsahibəsinə Qərbin emosional reaksiyasını şərh edib
Peskov Putinin Karlsona verdiyi müsahibəsinə Qərbin emosional reaksiyasını şərh edib
Sputnik Azərbaycan
Kremlin rəsmi nümayəndəsi bildirib ki, Rusiya liderinin amerikalı jurnalistə verdiyi müsahibəsi özünün əsas məqsədinə çatıb. 12.02.2024, Sputnik Azərbaycan
2024-02-12T17:20+0400
2024-02-12T17:20+0400
2024-02-12T17:56+0400
nato
rusiya
müsahibə
müsahibə
kreml
kreml
kreml
https://cdnn1.img.sputnik.az/img/07e8/02/09/462517401_0:160:3072:1888_1920x0_80_0_0_93157eb0fd11e33d15cbc406961565f3.jpg
BAKI, 12 fevral — Sputnik. Qərb liderlərinin amerikalı jurnalist Taker Karlsonun Rusiya Prezidenti Vladimir Putinlə baş tutan müsahibəyə emosional reaksiya vermələri əsas deyil, əsas bu müsahibə ilə tanış olmalarıdır. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə deyib. "Bizim üçün əsas Qərb ölkələrinin liderlərinin söhbətin məzmunu ilə tanış olamları idi" - Peskov qeyd edib. Siyasətçi həmçinin Qərb jurnalistlərinin Rusiya liderinə kəskin suallar vermədiyinə görə Karlsonu tənqid etmələrinə də münasibət bildirib. Peskov vurğulayıb ki, Qərb, əksinə, şanslıdır ki, Karlson müsahibəni kəskinləşdirməyib, çünki əks halda çoxlarının xoşuna gəlməyən "çox kəskin cavablar" ala bilərdi. Bu yaxınlarda Kreml nümayəndəsi qeyd edib ki, bu müsahibə bütün dünyada izlənilib və eşidilib, baxış rəqəmləri isə dünyanın ən populyar yayımçılarının reytinqini nəzərəçarpacaq dərəcədə üstələyib. Karlsonun Putinlə baş tutatn müsahibəsi fevralın 9-na keçən gecə dərc olunub. İki saatlıq söhbətin əhəmiyyətli hissəsi Ukrayna münaqişəsi və Rusiyanın ABŞ, NATO və ümumilikdə Qərblə münasibətlərinə həsr olunub. Jurnalist özü bu yaxınlarda qeyd edib ki, ötən il o, Rusiya lideri ilə müsahibə aparmağa çalışsa da, ABŞ hakimiyyətindən buna qadağa qoyulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/09/462517401_171:0:2902:2048_1920x0_80_0_0_a9ff24d0bce23b394c520c06fb25fe85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato, müsahibə, müsahibə, kreml, kreml, kreml
nato, müsahibə, müsahibə, kreml, kreml, kreml
Peskov Putinin Karlsona verdiyi müsahibəsinə Qərbin emosional reaksiyasını şərh edib
17:20 12.02.2024 (Yenilənib: 17:56 12.02.2024) Kremlin rəsmi nümayəndəsi bildirib ki, Rusiya liderinin amerikalı jurnalistə verdiyi müsahibəsi özünün əsas məqsədinə çatıb.
BAKI, 12 fevral — Sputnik. Qərb liderlərinin amerikalı jurnalist Taker Karlsonun Rusiya Prezidenti Vladimir Putinlə baş tutan müsahibəyə emosional reaksiya vermələri əsas deyil, əsas bu müsahibə ilə tanış olmalarıdır.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə deyib.
"Bizim üçün əsas Qərb ölkələrinin liderlərinin söhbətin məzmunu ilə tanış olamları idi" - Peskov qeyd edib.
Siyasətçi həmçinin Qərb jurnalistlərinin Rusiya liderinə kəskin suallar vermədiyinə görə Karlsonu tənqid etmələrinə də münasibət bildirib. Peskov vurğulayıb ki, Qərb, əksinə, şanslıdır ki, Karlson müsahibəni kəskinləşdirməyib, çünki əks halda çoxlarının xoşuna gəlməyən "çox kəskin cavablar" ala bilərdi.
Bu yaxınlarda Kreml nümayəndəsi qeyd edib ki, bu müsahibə bütün dünyada izlənilib və eşidilib, baxış rəqəmləri isə dünyanın ən populyar yayımçılarının reytinqini nəzərəçarpacaq dərəcədə üstələyib.
Karlsonun Putinlə baş tutatn müsahibəsi fevralın 9-na keçən gecə dərc olunub. İki saatlıq söhbətin əhəmiyyətli hissəsi Ukrayna münaqişəsi və Rusiyanın ABŞ, NATO və ümumilikdə Qərblə münasibətlərinə həsr olunub. Jurnalist özü bu yaxınlarda qeyd edib ki, ötən il o, Rusiya lideri ilə müsahibə aparmağa çalışsa da, ABŞ hakimiyyətindən buna qadağa qoyulub.