https://sputnik.az/20240211/moskva-ve-pxenyan-putinin-kxdr-e-seferinin-vaxtini-razilasdirirlar--rusiya-xn-462560245.html
Moskva və Pxenyan Putinin KXDR-ə səfərinin vaxtını razılaşdırırlar – Rusiya XİN
Moskva və Pxenyan Putinin KXDR-ə səfərinin vaxtını razılaşdırırlar – Rusiya XİN
Sputnik Azərbaycan
Diplomat bildirib ki, Moskva Seulla açıq ünsiyyət kanallarını saxlamağı vacib hesab edir. 11.02.2024, Sputnik Azərbaycan
2024-02-11T22:25+0400
2024-02-11T22:25+0400
2024-02-11T22:25+0400
rusiya
kxdr
rusiya
putin
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0d/458582848_0:135:3162:1914_1920x0_80_0_0_db489303cffd12f012c74193a6ff2fdf.jpg
BAKI, 11 fevral - Sputnik. Moskva və Pxenyan diplomatik kanallar vasitəsilə Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfərinin vaxtını razılaşdıracaqlar. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin birinci Asiya departamentinin direktoru İvan Jeloxovtsev RİA Novosti-yə müsahibəsində bildirib.Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Putinin KXDR-ə səfəri martın sonuna qədər planlaşdırılmır.Diplomat bildirib ki, Moskva Cənubi Koreyanın Rusiya bazarına qayıtmaq hüququnu özündə saxlamaq istədiyinə əmindir; Rusiya Seulla açıq ünsiyyət kanallarını saxlamağı vacib hesab edir.Onun sözlərinə görə, Rusiya ilə Cənubi Koreya arasında münasibətlər “bir neçə il əvvəl xüsusilə iqtisadi sahədə ən konstruktiv şəkildə inkişaf etsə də, indi çətin dövrlərdən keçir”.“Biz bu münasibəti alqışlayırıq, lakin Seulun niyyətlərini konkret addımlarla, ilk növbədə ölkəmizə qarşı iqtisadi sanksiyalarla bağlı məsələlərdə qiymətləndirəcəyik” - deyə XİN rəmisi bildirib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
kxdr
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0d/458582848_216:0:2947:2048_1920x0_80_0_0_38ac41c11d74cdf56dccc22dbbc257aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kxdr, rusiya, putin
Moskva və Pxenyan Putinin KXDR-ə səfərinin vaxtını razılaşdırırlar – Rusiya XİN
Diplomat bildirib ki, Moskva Seulla açıq ünsiyyət kanallarını saxlamağı vacib hesab edir.
BAKI, 11 fevral - Sputnik. Moskva və Pxenyan diplomatik kanallar vasitəsilə Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfərinin vaxtını razılaşdıracaqlar. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin birinci Asiya departamentinin direktoru İvan Jeloxovtsev RİA Novosti-yə müsahibəsində bildirib.
“Bildiyiniz kimi, 2023-cü ilin sentyabrında “Vostochnı” kosmodromunda keçirilən sammit zamanı KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen In Rusiya prezidentini Pxenyana səfərə dəvət edib. Bu dəvəti bu yaxınlarda ölkəmizə səfəri zamanı KXDR-in xarici işlər naziri Çoi Sonq Hui də təsdiqləyib. Səfərin konkret tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq” - diplomat bildirib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Putinin KXDR-ə səfəri martın sonuna qədər planlaşdırılmır.
Diplomat bildirib ki, Moskva Cənubi Koreyanın Rusiya bazarına qayıtmaq hüququnu özündə saxlamaq istədiyinə əmindir; Rusiya Seulla açıq ünsiyyət kanallarını saxlamağı vacib hesab edir.
Onun sözlərinə görə, Rusiya ilə Cənubi Koreya arasında münasibətlər “bir neçə il əvvəl xüsusilə iqtisadi sahədə ən konstruktiv şəkildə inkişaf etsə də, indi çətin dövrlərdən keçir”.
“Yanışmalarda ciddi fərqlərə baxmayaraq, fevralın əvvəlində Seulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən məsləhətləşmələrdə oxşar anlaşmanı təsdiqləyən Cənubi Koreyalı tərəfdaşlarımızla açıq ünsiyyət kanallarını saxlamağın vacib olduğuna inanırıq. Koreya Respublikası müxtəlif səviyyələrdə təmaslarda Rusiya ilə qurulmuş əlaqələri kəsməmək və perspektivli bazarımıza qayıtmaq imkanını saxlamaq istəyini nümayiş etdirir” - diplomat deyib.
“Biz bu münasibəti alqışlayırıq, lakin Seulun niyyətlərini konkret addımlarla, ilk növbədə ölkəmizə qarşı iqtisadi sanksiyalarla bağlı məsələlərdə qiymətləndirəcəyik” - deyə XİN rəmisi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.