Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin Rusiyanın xarici siyasət prioritetlərini açıqlayıb

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidПрезидент РФ В. Путин принял участие в форуме "Всё для Победы!" в Туле
Президент РФ В. Путин принял участие в форуме Всё для Победы! в Туле - Sputnik Azərbaycan, 1920, 10.02.2024
Abunə olmaq
O, bu barədə diplomatiya işçiləri günü münasibətilə təbrikində deyib.
BAKI, 10 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkəsinin xarici siyasət sahəsindəki prioritetlərini açıqlayıb.
“Report” xəbər verir ki, o, bu barədə diplomatiya işçiləri günü münasibətilə təbrikində deyib.
O söyləyib ki, Qərbin Rusiyanı təcrid etmək və onun təhlükəsizliyini pozmaq səyləri qarşısında Rusiya Xarici İşlər Nazirliyinin mühüm vəzifələri var: “Rusiya diplomatiyası ədalətli çoxqütblü dünya nizamının qurulmasına töhfə vermək üçün nəzərdə tutulub. Müstəqil Dövlətlər Birliyi (MDB), Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dövlətləri ilə əlaqələrin gücləndirilməsi prioritet olaraq qalır”.
Dövlət başçısı qeyd edib ki, Rusiya MDB və genişləndirilmiş BRİKS-də sədrliyi ilə bağlı tapşırıq və vəzifələrin yüksək keyfiyyətli icrasına xüsusi diqqət yetirilməlidir: “Xaricdəki soydaşlara dəstək vermək və tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı çıxmaqla rus dünyasını birləşdirmək üçün iş tələb olunur”.
Rusiya prezidenti Vladimir Putin Məhəmməd bin Zayed Əl Nəhyan ilə - Sputnik Azərbaycan, 1920, 10.02.2024
RUSİYA
Peskov: Xarici mediadan Putinlə müsahibə almaq üçün onlarla müraciət daxil olub
Xəbər lenti
0