https://sputnik.az/20240210/peskov-hakerler-her-gun-kremlin-saytina-onlarla-hucum-teskil-edirler-462551725.html
Peskov: Hakerlər hər gün Kremlin saytına onlarla hücum təşkil edirlər
Peskov: Hakerlər hər gün Kremlin saytına onlarla hücum təşkil edirlər
Sputnik Azərbaycan
Rusiya liderinin mətbuat katibi əlavə edib ki, xüsusi xidmət orqanları resursu qorumaq üçün “gecə-gündüz işləyirlər”. 10.02.2024, Sputnik Azərbaycan
2024-02-10T22:51+0400
2024-02-10T22:51+0400
2024-02-10T22:51+0400
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
peskov
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888259_0:440:2856:2047_1920x0_80_0_0_306a53f491175ae61c625e2e714467f6.jpg
BAKI, 10 fevral - Sputnik. Hakerlər hər gün Kremlin saytına onlarla kiberhücum edirlər.“TASS” xəbər verib ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.“Hər hansı qeyri-adi hücumların olub-olmadığını bilmirəm. Amma Kremlin saytına hər gün onlarla hücum həyata keçirilir. Bir il ərzində hər gün” - Kremlin sözçüsü hakerlərin Rusiya lideri Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsinin dərcinə mane olmağa cəhd edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.Peskovun sözlərinə görə, əvvəllər güclü DDoS hücumları qeydə alınıb. Bundan əlavə, hakerlər sayta nəzarəti ələ keçirməyə çalışıblar.Rusiya liderinin mətbuat katibi əlavə edib ki, xüsusi xidmət orqanları resursu qorumaq üçün “gecə-gündüz işləyirlər”.Qeyd edək ki, Vladimir Putinin Taker Karlsonla müsahibəsi fevralın 9-da Kremlin saytında dərc olunub. O, iki saat altı dəqiqə davam edib. Dövlət başçısı jurnalistə Ukrayna münaqişəsi, Rusiyanın ABŞ, Şimali Atlantika Alyansı, Qərblə münasibətləri barədə danışıb, digər mövzulara da diqqət yetirib.Bundan əvvəl Dmitri Peskov Vladimir Putinin Taker Karlsona verdiyi müsahibənin Rusiya lideri üçün ən böyük medianın anglosaks nəzarətində olduğu Qərbdə eşidilmək üçün yaxşı bir fürsət olduğunu bildirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888259_110:0:2839:2047_1920x0_80_0_0_f4bfbce331135c5c725c6d7ef47a7a4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, peskov
dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, peskov
Peskov: Hakerlər hər gün Kremlin saytına onlarla hücum təşkil edirlər
Rusiya liderinin mətbuat katibi əlavə edib ki, xüsusi xidmət orqanları resursu qorumaq üçün “gecə-gündüz işləyirlər”.
BAKI, 10 fevral - Sputnik. Hakerlər hər gün Kremlin saytına onlarla kiberhücum edirlər.
“TASS” xəbər verib ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hər hansı qeyri-adi hücumların olub-olmadığını bilmirəm. Amma Kremlin saytına hər gün onlarla hücum həyata keçirilir. Bir il ərzində hər gün” - Kremlin sözçüsü hakerlərin Rusiya lideri Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsinin dərcinə mane olmağa cəhd edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Peskovun sözlərinə görə, əvvəllər güclü DDoS hücumları qeydə alınıb. Bundan əlavə, hakerlər sayta nəzarəti ələ keçirməyə çalışıblar.
Rusiya liderinin mətbuat katibi əlavə edib ki, xüsusi xidmət orqanları resursu qorumaq üçün “gecə-gündüz işləyirlər”.
Qeyd edək ki, Vladimir Putinin Taker Karlsonla müsahibəsi fevralın 9-da Kremlin saytında dərc olunub. O, iki saat altı dəqiqə davam edib. Dövlət başçısı jurnalistə Ukrayna münaqişəsi, Rusiyanın ABŞ, Şimali Atlantika Alyansı, Qərblə münasibətləri barədə danışıb, digər mövzulara da diqqət yetirib.
Bundan əvvəl Dmitri Peskov Vladimir Putinin Taker Karlsona verdiyi müsahibənin Rusiya lideri üçün ən böyük medianın anglosaks nəzarətində olduğu Qərbdə eşidilmək üçün yaxşı bir fürsət olduğunu bildirmişdi.