https://sputnik.az/20240209/zaxarova-atet-in-azerbaycandaki-seckilerle-bagli-hesabatini-tenqid-edib-462532536.html
Zaxarova ATƏT-in Azərbaycandakı seçkilərlə bağlı hesabatını tənqid edib
Zaxarova ATƏT-in Azərbaycandakı seçkilərlə bağlı hesabatını tənqid edib
Sputnik Azərbaycan
Zaxarova həmçinin ATƏT/DTİHB-nin cəmiyyətin konsolidasiyası konsepsiyasını anlamasını şübhə altına alıb. 09.02.2024, Sputnik Azərbaycan
2024-02-09T17:11+0400
2024-02-09T17:11+0400
2024-02-09T17:11+0400
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
atət
prezident seçkiləri
növbədənkənar prezident seçkiləri
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458413054_0:0:2283:1284_1920x0_80_0_0_33432ddeedf6abce284d532dce5c3ffd.jpg
BAKI, 9 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT/DTİHB-nin Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatını tənqid edib. "ATƏT DTİHB-ə bir sualım var. Onlar ümumiyyətlə dövlət üçün kritik bir məqamda cəmiyyətin konsolidasiya konsepsiyası haqqında nəsə eşidiblərmi? Məncə, heç nə eşitməyiblər. Əgər heç nə eşitməyiblərsə, demək seçkiləri necə müşahidə etmək barədə heç bir fikirləri yoxdur" – diplomat Federasiya Şurasının dövlət suverenliyinin qorunması və Rusiyanın daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə komissiyasının iclasında Azərbaycanda keçirilən seçkilərlə bağlı hesabatı şərh edərkən bildirib. Zaxarova həmçinin ATƏT/DTİHB-nin cəmiyyətin konsolidasiyası konsepsiyasını anlamasını şübhə altına alıb. "Namizədlərin sayından, onların hansı platformaya sahib olmasından, hansı partiyalara üzv olmasından asılı olmayaraq əvvəlcədən müəyyən edilmiş siyasi qərəz var" - diplomat bildirib. Bundan əvvəl ATƏT-in qısamüddətli müşahidəçilər qrupunun rəhbəri Artur Gerasmov prezident seçkilərinin "məhdud şəraitdə" keçirildiyindən, "müxalif səslərin və siyasi alternativlərin" olmadığından gileylənib. ATƏT/DTİHB missiyasının rəhbəri Oqan Merfi qeyd edib ki, seçkilərdə "adekvat demokratik şərait" də yoxdur və "müstəqil jurnalistika və tənqidi debatlar üçün imkanlar" məhduddur. Bundan əvvəl Azərbaycan Mərkəzi Seçki Komissiyası bülletenləri 100 faiz emal edərək fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin qalib gəldiyini elan etmiş, onun lehinə 4 milyon 577 min 693 səs verildiyini açıqlamışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458413054_67:0:2108:1531_1920x0_80_0_0_02d9479e4b29fec3105190c78c1600ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, atət, prezident seçkiləri, növbədənkənar prezident seçkiləri
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, atət, prezident seçkiləri, növbədənkənar prezident seçkiləri
Zaxarova ATƏT-in Azərbaycandakı seçkilərlə bağlı hesabatını tənqid edib
Zaxarova həmçinin ATƏT/DTİHB-nin cəmiyyətin konsolidasiyası konsepsiyasını anlamasını şübhə altına alıb.
BAKI, 9 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT/DTİHB-nin Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatını tənqid edib.
"ATƏT DTİHB-ə bir sualım var. Onlar ümumiyyətlə dövlət üçün kritik bir məqamda cəmiyyətin konsolidasiya konsepsiyası haqqında nəsə eşidiblərmi? Məncə, heç nə eşitməyiblər. Əgər heç nə eşitməyiblərsə, demək seçkiləri necə müşahidə etmək barədə heç bir fikirləri yoxdur" – diplomat Federasiya Şurasının dövlət suverenliyinin qorunması və Rusiyanın daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə komissiyasının iclasında Azərbaycanda keçirilən seçkilərlə bağlı hesabatı şərh edərkən bildirib.
Zaxarova həmçinin ATƏT/DTİHB-nin cəmiyyətin konsolidasiyası konsepsiyasını anlamasını şübhə altına alıb.
"Namizədlərin sayından, onların hansı platformaya sahib olmasından, hansı partiyalara üzv olmasından asılı olmayaraq əvvəlcədən müəyyən edilmiş siyasi qərəz var" - diplomat bildirib.
Bundan əvvəl ATƏT-in qısamüddətli müşahidəçilər qrupunun rəhbəri Artur Gerasmov prezident seçkilərinin "məhdud şəraitdə" keçirildiyindən, "müxalif səslərin və siyasi alternativlərin" olmadığından gileylənib. ATƏT/DTİHB missiyasının rəhbəri Oqan Merfi qeyd edib ki, seçkilərdə "adekvat demokratik şərait" də yoxdur və "müstəqil jurnalistika və tənqidi debatlar üçün imkanlar" məhduddur.
Bundan əvvəl Azərbaycan Mərkəzi Seçki Komissiyası bülletenləri 100 faiz emal edərək fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin qalib gəldiyini elan etmiş, onun lehinə 4 milyon 577 min 693 səs verildiyini açıqlamışdı.