Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Yeni Günəşlidə sürüşən çoxmərtəbəli binanın aqibəti barədə rəsmi açıqlama verildi

© Sputnik / Murad OrujovBayılda sürüşmə (29 yanvar 2021 il)
Bayılda sürüşmə (29 yanvar 2021 il) - Sputnik Azərbaycan, 1920, 09.02.2024
Abunə olmaq
Əli Əliyev deyib ki, ərazidə instrumental tədqiqatların və müvafiq bərkitmə işlərinin aparılması zəruridir.
BAKI, 9 fevral — Sputnik. Son günlər Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi 13 M ünvanda yerləşən çoxmərtəbəli binanın yerləşdiyi ərazidə müşahidə olunan mühəndis-geoloji vəziyyətlə əlaqədar vətəndaş müraciətlərinə (4 fərdi müraciət) əsasən, Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazilərə baxış keçirilib, yaranmış vəziyyət qiymətləndirilib.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.
O qeyd edib ki, hazırda binanın yerləşdiyi ərazidə yer səthində müxtəlif istiqamətli dislokasiya elementləri müşahidə olunmaqdadır:

"Geoloji kəsilişin üst hissəsində çökmə prosesləri və çat zonaları qeydə alınır. Relyefdə yaranan dəyişmələr süni şəkildə doldurulsa da, proseslərin dinamikasında artım müşahidə olunur. Ərazidə instrumental tədqiqatların aparılması və müvafiq bərkitmə işlərinin aparılması zəruridir".

Qeyd edək ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V massivi, Bina 13M binasının ön və sağ tərəfində sürüşmə hadisəsinin baş verdiyi və sürüşmənin hər gün daha da aktivləşməsinə dair həmin ünvanda yaşayan sakinlər tərəfindən APA-ya müraciət daxil olub.
Sakinlər bildirib ki, ətrafda çoxlu sayda böyük çökəkliklər və qırılmalar baş verib, bununla bağlı aidiyyəti qurumlara müraciət etdiklərini vurğulayıblar.
Xəbər lenti
0