Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanı döyüşdə məğlub edəcəklərinə inananların ağlı yoxdur – Putin

© Sputnik / Гавриил ГригоровPutin
Putin - Sputnik Azərbaycan, 1920, 09.02.2024
Abunə olmaq
Rusiya lideri bildirib ki, razılaşma şərtləri, o cümlədən vəziyyətin indi olduğu kimi saxlanılması müzakirə olunmalıdır.
BAKI, 9 fevral — Sputnik. "Rusiya heç vaxt Ukrayna ilə bağlı dialoqdan imtina etməyib, lakin 2022-ci ilin martında İstanbulda danışıqlara son qoyulandan sonra ilk addımı atmaq niyyətində deyil".
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona geniş müsahibəsində deyib.
"Niyə biz təlaşa düşməli, kiminsə səhvlərini düzəltməliyik?" - Putin deyib.
Dövlət başçısı qeyd edib ki, razılaşma şərtləri, o cümlədən vəziyyətin indi olduğu kimi saxlanılması müzakirə olunmalıdır:
"Bu danışıqların predmetidir. Amma bununla bağlı bizimlə danışıq aparmaq istəmirlər. Daha doğrusu istəyirlər, amma bilmirlər necə aparsınlar. Bilirəm ki, bunu istəyirlər. Təkcə görmürəm, həm də bilirəm. Danışıq istəyirlər, amma bilmirlər ki, bunu necə etsinlər".
Prezident 2022-ci ildə İsanbulda keçirilmiş danışıqların nə üçün pozulduğunu anlamadığını deyib:
"Allah bilir. Mən özüm başa düşmürəm. Ümumi göstərişlər var idi. Nədənsə, hamıda təkəbbürdən doğan və sadəlövhcəsinə Rusiyanı döyüş meydanında məğlub etmək illüziyası var. Bu illüziya böyük ağlın olmamasına dəlalət edir".
Xəbər lenti
0