Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Karlsonun Putinlə müsahibəsi ABŞ-da böyük maraq doğurub

© Sputnik / Гавриил ГригоровИнтервью Владимира Путина Такеру Карлсону
Интервью Владимира Путина Такеру Карлсону - Sputnik Azərbaycan, 1920, 09.02.2024
Abunə olmaq
ABŞ jurnalisti fevralın 9-da Rusiya prezidenti ilə müsahibəni sosial şəbəkədə dərc edib.
BAKI, 9 fevral — Sputnik. Amerikalı jurnalist Taker Karlsonun Vladimir Putinlə müsahibəsi ABŞ-da danılmaz dərəcədə yüksək marağa səbəb olub.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bu yaxınlarda bildirib ki, bu müsahibə son dərəcə vacibdir, çünki Rusiya prezidentinin fikri bütün dünya xalqına məlum olmalıdır.
Jurnalist Taker Karlson fevralın 9-u cümə günü Rusiya Prezidenti Vladimir Putinlə 2 saat 7 dəqiqə 18 saniyə davam edən müsahibəni dərc edib. "X" sosial şəbəkəsində yer alan müsahibə bir neçə saat ərzində 60 milyondan çox baxış toplayıb. Cümə günü səhər görüşün tam mətni Kremlin saytında dərc olunub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dövlət başçısı məhz bu jurnalistə müsahibə vermək qərarına gəlib, çünki Takerin mövqeyi ənənəvi Amerika mediasından fərqlənir.
Xatırladaq ki, bu yaxınlarda Karlson "X" sosial şəbəkəsində Kremlin qüllələri və Xilaskar Məsihin Katedrali fonunda video yayımlayaraq, tezliklə Rusiya Prezidenti Vladimir Putindən müsahibə alacağını bildirib. Jurnalistin sözlərinə görə, o, sadə amerikalılara Rusiya və Ukraynada əslində nələrin baş verdiyini göstərmək istəyir. Eyni zamanda, Karlsonun fikrincə, Ağ Ev iki dəfə bu söhbəti pozmaq istəyib.
Xəbər lenti
0