https://sputnik.az/20240208/puskov-qerb-rusiyaya-qarsi-sanksiyalarin-faydasizligindan-psixoloji-sarsinti-kecirib-462508124.html
Puşkov: Qərb Rusiyaya qarşı sanksiyaların faydasızlığından psixoloji sarsıntı keçirib
Puşkov: Qərb Rusiyaya qarşı sanksiyaların faydasızlığından psixoloji sarsıntı keçirib
Sputnik Azərbaycan
Diplomat qeyd edib ki, sanksiyalardan yaranan bütün qısamüddətli mənfi təsirləri aradan qaldırılıb. 08.02.2024, Sputnik Azərbaycan
2024-02-08T20:57+0400
2024-02-08T20:57+0400
2024-02-08T20:57+0400
qərb
rusiya
avropa ittifaqı
putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461678265_0:0:3072:1728_1920x0_80_0_0_90271b32a7297b8d23dc6c55a9b8d5fb.jpg
BAKI, 8 fevral — Sputnik. Qərb Rusiya qarşı tətbiq olunan sanksiyaların təsirinin effektsizliyini dərk edərkən psixoloji sarsıntı yaşayıb. Bunu Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Media ilə Qarşılıqlı Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov fevralın 8-də komissiyanın iclasında deyib. "Avropa İttifaqı (Aİ) tərəfindən 12 sanksiya paketi və ABŞ tərəfindən böyük miqdarda sanksiyalar qəbul edilib. Nəticələr bəs necədir? Nəticələrdən biri isə Qərbin tətbiq etdiyi sanksiyaların çox məhdud effektə malik olduğunu görəndə keçirdiyi psixoloji sarsıntıdır" – diplomat qeyd edib. O qeyd edib ki, hazırda bu sanksiyalar rublun məzənnəsini aşağı salıb və digər cüzi təsirlər göstərib, lakin tezliklə onların hamısı aradan qaldırılıb. Puşkov vurğulayıb ki, Qərb ölkələri tamamilə fərqli nəticəyə ümid ediblər, ancaq onların tətbiq etdikləri sanksiyalar uğursuz olub və Rusiya iqtisadiyyatı üçün istədikləri miqdarda çətinliklər yaratmayıb. Rusiya Prezidenti Vladimir Putin həmçinin qeyd edib ki, Qərbdə sanksiya təzyiqlərinə görə Rusiya iqtisadiyyatının çökəcəyini gözləyiblər, lakin Rusiya Avropa və ABŞ iqtisadiyyatlarından fərqli olaraq, daha da müsbət nəticə göstərib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461678265_341:0:3072:2048_1920x0_80_0_0_26aec6be9101fd48db2eea97e500375e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərb, avropa ittifaqı, putin, rusiya prezidenti vladimir putin
qərb, avropa ittifaqı, putin, rusiya prezidenti vladimir putin
Puşkov: Qərb Rusiyaya qarşı sanksiyaların faydasızlığından psixoloji sarsıntı keçirib
Diplomat qeyd edib ki, sanksiyalardan yaranan bütün qısamüddətli mənfi təsirləri aradan qaldırılıb.
BAKI, 8 fevral — Sputnik. Qərb Rusiya qarşı tətbiq olunan sanksiyaların təsirinin effektsizliyini dərk edərkən psixoloji sarsıntı yaşayıb.
Bunu Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Media ilə Qarşılıqlı Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov fevralın 8-də komissiyanın iclasında deyib.
"Avropa İttifaqı (Aİ) tərəfindən 12 sanksiya paketi və ABŞ tərəfindən böyük miqdarda sanksiyalar qəbul edilib. Nəticələr bəs necədir? Nəticələrdən biri isə Qərbin tətbiq etdiyi sanksiyaların çox məhdud effektə malik olduğunu görəndə keçirdiyi psixoloji sarsıntıdır" – diplomat qeyd edib.
O qeyd edib ki, hazırda bu sanksiyalar rublun məzənnəsini aşağı salıb və digər cüzi təsirlər göstərib, lakin tezliklə onların hamısı aradan qaldırılıb.
Puşkov vurğulayıb ki, Qərb ölkələri tamamilə fərqli nəticəyə ümid ediblər, ancaq onların tətbiq etdikləri sanksiyalar uğursuz olub və Rusiya iqtisadiyyatı üçün istədikləri miqdarda çətinliklər yaratmayıb.
Rusiya Prezidenti Vladimir Putin həmçinin qeyd edib ki, Qərbdə sanksiya təzyiqlərinə görə Rusiya iqtisadiyyatının çökəcəyini gözləyiblər, lakin Rusiya Avropa və ABŞ iqtisadiyyatlarından fərqli olaraq, daha da müsbət nəticə göstərib.