https://sputnik.az/20240208/nato-avropa-ttifaqini-mehv-edecek---volodin-462503689.html
NATO Avropa İttifaqını məhv edəcək - Volodin
NATO Avropa İttifaqını məhv edəcək - Volodin
Sputnik Azərbaycan
Avropa dövlətləri suverenliklərini itirdikləri üçün həlli asan olmayan problemlərlə üzləşirlər. 08.02.2024, Sputnik Azərbaycan
2024-02-08T22:24+0400
2024-02-08T22:24+0400
2024-02-08T22:24+0400
vyaçeslav volodin
rusiya
stokholm
"şimal axını-2"
peskov
dmitri peskov
nato
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_0:0:3072:1728_1920x0_80_0_0_cd462913963493b292db2ecfa17aacb7.jpg
BAKI, 8 fevral — Sputnik. NATO Avropa İttifaqını məhv edəcək. Bu fikri Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. "Vaşinqton NATO-nun köməyi ilə Avropa İttifaqını məhv edir. Avropa dövlətləri isə suverenliklərini itirdikləri üçün həlli asan olmayan problemlərlə üzləşirlər" - o, özünün "Teleqram" kanalında yazıb. "Şimal axını"ndakı terror aktı ilə bağlı aparılan araşdırmalardan danışan Volodin qeyd edib ki, Almaniya cinayətkarları tapmağa çalışsa da, İsveç artıq istintaqı dayandırıb. "Bu, təsadüfi deyil. İsveç NATO-ya qoşulma prosedurundan - Amerika hegemonluğu strukturundan keçir" - siyasətçi əlavə edib. Əlavə edək ki, çərşənbə günü Stokholmun fövqəladə vəziyyətlə bağlı təhqiqatın dayandırıldığını elan etdiyi məlum olub. İsveç tərəfi boru kəmərlərində baş verənlərdə krallıq vətəndaşlarının əli olduğunu aşkar etməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Rusiya "Şimal axını" partlayışları ilə bağlı araşdırmalara nəzarət edəcək. Rusiya tərəfi dəfələrlə istintaqın gedişi ilə bağlı məlumat istəyib, lakin ona rədd cavabı verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_341:0:3072:2048_1920x0_80_0_0_7dfcd7fe340ac14e1a63617afa1d7004.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
vyaçeslav volodin, stokholm, "şimal axını-2", peskov, dmitri peskov, nato, avropa ittifaqı
vyaçeslav volodin, stokholm, "şimal axını-2", peskov, dmitri peskov, nato, avropa ittifaqı
NATO Avropa İttifaqını məhv edəcək - Volodin
Avropa dövlətləri suverenliklərini itirdikləri üçün həlli asan olmayan problemlərlə üzləşirlər.
BAKI, 8 fevral — Sputnik. NATO Avropa İttifaqını məhv edəcək.
Bu fikri Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
"Vaşinqton NATO-nun köməyi ilə Avropa İttifaqını məhv edir. Avropa dövlətləri isə suverenliklərini itirdikləri üçün həlli asan olmayan problemlərlə üzləşirlər" - o, özünün "Teleqram" kanalında yazıb.
"Şimal axını"ndakı terror aktı ilə bağlı aparılan araşdırmalardan danışan Volodin qeyd edib ki, Almaniya cinayətkarları tapmağa çalışsa da, İsveç artıq istintaqı dayandırıb.
"Bu, təsadüfi deyil. İsveç NATO-ya qoşulma prosedurundan - Amerika hegemonluğu strukturundan keçir" - siyasətçi əlavə edib.
Əlavə edək ki, çərşənbə günü Stokholmun fövqəladə vəziyyətlə bağlı təhqiqatın dayandırıldığını elan etdiyi məlum olub. İsveç tərəfi boru kəmərlərində baş verənlərdə krallıq vətəndaşlarının əli olduğunu aşkar etməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Rusiya "Şimal axını" partlayışları ilə bağlı araşdırmalara nəzarət edəcək. Rusiya tərəfi dəfələrlə istintaqın gedişi ilə bağlı məlumat istəyib, lakin ona rədd cavabı verilib.