https://sputnik.az/20240206/zaxarova-rusiyaya-qarsi-ittihamlarla-bagli-planetdeki-iqlime-nezaret-etmeyimiz-xosdur-462420695.html
Zaxarova Rusiyaya qarşı ittihamlarla bağlı: planetdəki iqlimə nəzarət etməyimiz xoşdur
Zaxarova Rusiyaya qarşı ittihamlarla bağlı: planetdəki iqlimə nəzarət etməyimiz xoşdur
Sputnik Azərbaycan
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ittifaqın bir çox ölkəsində kütləvi etiraz aksiyaları keçirən avropalı fermerlərin son vaxtlar üzləşdiyi... 06.02.2024, Sputnik Azərbaycan
2024-02-06T20:35+0400
2024-02-06T20:35+0400
2024-02-06T20:35+0400
mariya zaxarova
rusiya
ursula fon der lyayen
avropa komissiyası
fermer
ai
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427053427_0:0:2947:1659_1920x0_80_0_0_72e58206a7ec92cf53ab3d2e0adf9fd8.jpg
BAKI, 6 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropada tətil edən fermerlərin problemlərində Rusiyanı və iqlim dəyişikliyini günahlandıran Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin sözlərini şərh edərkən, zarafatla, bunun "gözlənilməz" olduğunu deyib. O əlavə edib ki, "yaxşıdır ki, biz həm də planetdə iqlim dəyişikliyini idarə edirik." Bu barədə Zaxarova özünün "Telegram" kanalında yazıb. Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ittifaqın bir çox ölkəsində kütləvi etiraz aksiyaları keçirən avropalı fermerlərin son vaxtlar üzləşdiyi bütün problemlərdə iqlim dəyişikliyini, eləcə də Rusiyanı günahlandırmışdı. "Buna güclü dönüş deyərdim. Gözlənilməzdir, lakin, heç demə, biz həm də planetdəki bütün iqlimə nəzarət edirik. Aİ fermerləri bu fonda itib-batırlar - görünür, məktəbəqədər "rus hakerləri"nin hiylələri qarşısında acizdirlər. Görəsən, Yerin oxu da yerini Moskvanın göstərişi ilə dəyişir?" – Zaxarova belə yazıb. Qeyd edək ki, Aİ ölkələrində əvvəllər də ümumavropa kənd təsərrüfatı siyasətini dəyişdirməyi, onlara qarşı çoxsaylı məhdudiyyətləri, o cümlədən ekoloji məhdudiyyətləri aradan qaldırmağı və ucuz xarici məhsulların nəzarətsiz idxalını dayandırmağı tələb edən fermerlərin etirazları son həftələrdə tez-tez baş verir. Həmkarlar ittifaqı assosiasiyaları özləri iddia edirlər ki, Aİ-də fermerlərin işi Avropa Komissiyasının və ölkələrinin siyasəti nəticəsində praktiki olaraq gəlirli olmağı dayandırıb. Əvvəllər Kreml Qərbin hər şeydə Rusiyanı günahlandırdığına və bunun ümumi tendensiya olduğuna dəfələrlə diqqət çəkib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427053427_216:0:2947:2048_1920x0_80_0_0_da2a3c1e5e1c25f4687f74767f4b9964.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, ursula fon der lyayen, avropa komissiyası, fermer, ai
mariya zaxarova, ursula fon der lyayen, avropa komissiyası, fermer, ai
Zaxarova Rusiyaya qarşı ittihamlarla bağlı: planetdəki iqlimə nəzarət etməyimiz xoşdur
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ittifaqın bir çox ölkəsində kütləvi etiraz aksiyaları keçirən avropalı fermerlərin son vaxtlar üzləşdiyi bütün problemlərdə iqlim dəyişikliyini, eləcə də Rusiyanı günahlandırmışdı.
BAKI, 6 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropada tətil edən fermerlərin problemlərində Rusiyanı və iqlim dəyişikliyini günahlandıran Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin sözlərini şərh edərkən, zarafatla, bunun "gözlənilməz" olduğunu deyib. O əlavə edib ki, "yaxşıdır ki, biz həm də planetdə iqlim dəyişikliyini idarə edirik."
Bu barədə Zaxarova özünün "Telegram" kanalında yazıb.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ittifaqın bir çox ölkəsində kütləvi etiraz aksiyaları keçirən avropalı fermerlərin son vaxtlar üzləşdiyi bütün problemlərdə iqlim dəyişikliyini, eləcə də Rusiyanı günahlandırmışdı.
"Buna güclü dönüş deyərdim. Gözlənilməzdir, lakin, heç demə, biz həm də planetdəki bütün iqlimə nəzarət edirik. Aİ fermerləri bu fonda itib-batırlar - görünür, məktəbəqədər "rus hakerləri"nin hiylələri qarşısında acizdirlər. Görəsən, Yerin oxu da yerini Moskvanın göstərişi ilə dəyişir?" – Zaxarova belə yazıb.
Qeyd edək ki, Aİ ölkələrində əvvəllər də ümumavropa kənd təsərrüfatı siyasətini dəyişdirməyi, onlara qarşı çoxsaylı məhdudiyyətləri, o cümlədən ekoloji məhdudiyyətləri aradan qaldırmağı və ucuz xarici məhsulların nəzarətsiz idxalını dayandırmağı tələb edən fermerlərin etirazları son həftələrdə tez-tez baş verir.
Həmkarlar ittifaqı assosiasiyaları özləri iddia edirlər ki, Aİ-də fermerlərin işi Avropa Komissiyasının və ölkələrinin siyasəti nəticəsində praktiki olaraq gəlirli olmağı dayandırıb.
Əvvəllər Kreml Qərbin hər şeydə Rusiyanı günahlandırdığına və bunun ümumi tendensiya olduğuna dəfələrlə diqqət çəkib.