https://sputnik.az/20240206/peskov-rusiya-federasiyasi-simal-axini-ile-bagli-istenilen-qerari-maraqla-gozleyir-462425576.html
Peskov: Rusiya Federasiyası "Şimal axını" ilə bağlı istənilən qərarı maraqla gözləyir
Peskov: Rusiya Federasiyası "Şimal axını" ilə bağlı istənilən qərarı maraqla gözləyir
Sputnik Azərbaycan
Kremlin nümayəndəsi Rusiya Federasiyasını maraqlandıran məlumatların onlara heç vaxt təqdim olunmadığını qeyd edib. 06.02.2024, Sputnik Azərbaycan
2024-02-06T21:28+0400
2024-02-06T21:28+0400
2024-02-06T21:28+0400
dmitri peskov
rusiya
"şimal axını-2"
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444332_0:157:3082:1891_1920x0_80_0_0_08909364ca2715fd0a21a561f32b985f.jpg
BAKI, 6 fevral — Sputnik. Rusiya Federasiyası, "Şimal axını" və "Şimal Axını-2" qaz boru kəmərlərindəki təxribatları araşdıran Qərb ölkələrindən hər hansı bir qərarı maraqla gözləyir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İsveç prokurorluğu tərəfindən bu mövzuda planlaşdırılan qərar barədə məlumatların ortaya çıxması ilə əlaqədar jurnalistlərə bildirib. Kremlin nümayəndəsi Moskvanın dəfələrlə Qərb ölkələrinə qaz kəmərindəki partlayışlarla bağlı məlumat sorğusu göndərdiyini xatırladaraq, Rusiya Federasiyasını maraqlandıran məlumatların onlara heç vaxt təqdim olunmadığını qeyd edib. "Təbii ki, istənilən qərarı maraqla gözləyirik. ... Bu, kritik dərəcədə əhəmiyyətli beynəlxalq infrastruktura qarşı təxribatdır. Onu ifaçıları və sifarişçiləri mütləq müəyyən edilməlidir" - Peskov vurğulayıb. O, "Şimal axını"nda təxribatla bağlı Rusiya təhqiqatının gedişi barədə danışmayıb. Xatırladaq ki, "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərləri 2022-ci ilin sentyabrında partladılıb. Hadisə ilə bağlı Rusiya Federasiyasında beynəlxalq terror aktı ilə bağlı cinayət işi açılıb. Danimarka, Almaniya və İsveç təxribatla bağlı təhqiqata başlayıb və Rusiyanın bunda iştirakına mane olublar. Moskvanın bu mövzu ilə bağlı məlumat tələblərinə Qərbdə məhəl qoyulmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444332_176:0:2907:2048_1920x0_80_0_0_b176aa2335df5eae975d81b15d3fe511.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dmitri peskov, "şimal axını-2"
dmitri peskov, "şimal axını-2"
Peskov: Rusiya Federasiyası "Şimal axını" ilə bağlı istənilən qərarı maraqla gözləyir
Kremlin nümayəndəsi Rusiya Federasiyasını maraqlandıran məlumatların onlara heç vaxt təqdim olunmadığını qeyd edib.
BAKI, 6 fevral — Sputnik. Rusiya Federasiyası, "Şimal axını" və "Şimal Axını-2" qaz boru kəmərlərindəki təxribatları araşdıran Qərb ölkələrindən hər hansı bir qərarı maraqla gözləyir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İsveç prokurorluğu tərəfindən bu mövzuda planlaşdırılan qərar barədə məlumatların ortaya çıxması ilə əlaqədar jurnalistlərə bildirib.
Kremlin nümayəndəsi Moskvanın dəfələrlə Qərb ölkələrinə qaz kəmərindəki partlayışlarla bağlı məlumat sorğusu göndərdiyini xatırladaraq, Rusiya Federasiyasını maraqlandıran məlumatların onlara heç vaxt təqdim olunmadığını qeyd edib.
"Təbii ki, istənilən qərarı maraqla gözləyirik. ... Bu, kritik dərəcədə əhəmiyyətli beynəlxalq infrastruktura qarşı təxribatdır. Onu ifaçıları və sifarişçiləri mütləq müəyyən edilməlidir" - Peskov vurğulayıb.
O, "Şimal axını"nda təxribatla bağlı Rusiya təhqiqatının gedişi barədə danışmayıb.
Xatırladaq ki, "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərləri 2022-ci ilin sentyabrında partladılıb. Hadisə ilə bağlı Rusiya Federasiyasında beynəlxalq terror aktı ilə bağlı cinayət işi açılıb. Danimarka, Almaniya və İsveç təxribatla bağlı təhqiqata başlayıb və Rusiyanın bunda iştirakına mane olublar. Moskvanın bu mövzu ilə bağlı məlumat tələblərinə Qərbdə məhəl qoyulmayıb.