https://sputnik.az/20240206/fidan-putinin-seferi-ile-bagli-aktual-movzulari-aciqladi-462425787.html
Fidan Putinin səfəri ilə bağlı aktual mövzuları açıqladı
Fidan Putinin səfəri ilə bağlı aktual mövzuları açıqladı
Sputnik Azərbaycan
Türkiyə Rusiya Federasiyası ilə həm Xarici İşlər Nazirliyi səviyyəsində, həm də daha yüksək səviyyədə daimi dialoqun davam etdirilməsinə böyük əhəmiyyət verir. 06.02.2024, Sputnik Azərbaycan
2024-02-06T17:33+0400
2024-02-06T17:33+0400
2024-02-06T17:33+0400
putin
rusiya
vladimir putin
rusiya prezidenti vladimir putin
hakan fidan
rəcəb tayyip ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459577776_0:0:2803:1577_1920x0_80_0_0_7130012c9dadb8a2cf493506e1ee889a.jpg
BAKI, 6 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri ikitərəfli və beynəlxalq aktual məsələlərin müzakirəsi baxımından Ankara üçün əhəmiyyətli olacaq. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. "Yaxın vaxtlarda Putinin səfəri planlaşdırılır. Bir çox mövzular üzrə dialoqu davam etdirmək bizim üçün vacibdir. Buraya Qara dəniz, taxıl sazişi, Ukrayna, eləcə də bir sıra ikitərəfli məsələlər daxildir. Bizim çoxlu mövzularımız var. Onlar haqqında fikir mübadiləsi etmək vacibdir". Fidan bildirib ki, Rusiya liderinin səfəri ölkələr arasında müntəzəm dialoqun bir hissəsidir: "Bilirsiniz ki, biz Rusiya ilə bir çox sahələrdə, ilk növbədə enerji sahəsində əməkdaşlığı davam etdiririk. Amma bizim danışıqlar aparmalı olduğumuz problemli mövzular da var. Bunlar Suriya, Qafqaz, Yaxın Şərqdir. Burada problemlərin həlli üçün və gərginliyin artmasının qarşısını almaq üçün mövqeləri aydınlaşdırmaq lazımdır". Nazir əlavə edib ki, Türkiyə Rusiya Federasiyası ilə həm Xarici İşlər Nazirliyi səviyyəsində, həm də daha yüksək səviyyədə daimi dialoqun davam etdirilməsinə böyük əhəmiyyət verir. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Putinin Türkiyəyə qarşıdakı səfəri zamanı bu ölkə ilə ticarət əlaqələrinin bütün nüansları müzakirə olunacaq. TASS-ın diplomatik mənbəsi isə bildirib ki, Ankara qaz habının tikintisi və Rusiya qazına endirimləri müzakirə etməyi planlaşdırır. Mümkün mövzular arasında Rusiya şirkətlərinin türk bankları vasitəsilə hesablaşmalarla bağlı qarşılaşdığı problemlər də var. Türkiyə mətbuatının məlumatına görə, səfər fevralın 12-nə planlaşdırılıb. Peskov səfərin hazırlandığını təsdiqləyib, lakin konkret tarix açıqlamayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459577776_0:0:2729:2047_1920x0_80_0_0_b11c0a049293848a2b3706796dbabadc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, vladimir putin, rusiya prezidenti vladimir putin, hakan fidan, rəcəb tayyip ərdoğan
putin, vladimir putin, rusiya prezidenti vladimir putin, hakan fidan, rəcəb tayyip ərdoğan
Fidan Putinin səfəri ilə bağlı aktual mövzuları açıqladı
Türkiyə Rusiya Federasiyası ilə həm Xarici İşlər Nazirliyi səviyyəsində, həm də daha yüksək səviyyədə daimi dialoqun davam etdirilməsinə böyük əhəmiyyət verir.
BAKI, 6 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri ikitərəfli və beynəlxalq aktual məsələlərin müzakirəsi baxımından Ankara üçün əhəmiyyətli olacaq. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Yaxın vaxtlarda Putinin səfəri planlaşdırılır. Bir çox mövzular üzrə dialoqu davam etdirmək bizim üçün vacibdir. Buraya Qara dəniz, taxıl sazişi, Ukrayna, eləcə də bir sıra ikitərəfli məsələlər daxildir. Bizim çoxlu mövzularımız var. Onlar haqqında fikir mübadiləsi etmək vacibdir".
Fidan bildirib ki, Rusiya liderinin səfəri ölkələr arasında müntəzəm dialoqun bir hissəsidir:
"Bilirsiniz ki, biz Rusiya ilə bir çox sahələrdə, ilk növbədə enerji sahəsində əməkdaşlığı davam etdiririk. Amma bizim danışıqlar aparmalı olduğumuz problemli mövzular da var. Bunlar Suriya, Qafqaz, Yaxın Şərqdir. Burada problemlərin həlli üçün və gərginliyin artmasının qarşısını almaq üçün mövqeləri aydınlaşdırmaq lazımdır".
Nazir əlavə edib ki, Türkiyə Rusiya Federasiyası ilə həm Xarici İşlər Nazirliyi səviyyəsində, həm də daha yüksək səviyyədə daimi dialoqun davam etdirilməsinə böyük əhəmiyyət verir.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Putinin Türkiyəyə qarşıdakı səfəri zamanı bu ölkə ilə ticarət əlaqələrinin bütün nüansları müzakirə olunacaq.
TASS-ın diplomatik mənbəsi isə bildirib ki, Ankara qaz habının tikintisi və Rusiya qazına endirimləri müzakirə etməyi planlaşdırır.
Mümkün mövzular arasında Rusiya şirkətlərinin türk bankları vasitəsilə hesablaşmalarla bağlı qarşılaşdığı problemlər də var.
Türkiyə mətbuatının məlumatına görə, səfər fevralın 12-nə planlaşdırılıb. Peskov səfərin hazırlandığını təsdiqləyib, lakin konkret tarix açıqlamayıb.