Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Fransa USQ-nin mülki şəxslərə qarşı törədilən terror aktlarına haqq qazandırır

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Abunə olmaq
Rusiyanın Parisdəki səfiri Aleksey Meşkovun guya "Fransa ilə bağlı yanlış məlumatların" artması üzündən Fransa Xarici İşlər Nazirliyinə çağırılacağı bildirilib.
BAKI, 5 fevral — Sputnik. Ukraynanı silahla təmin edən və bu silahların Rusiya şəhərlərində mülki şəxslərə qarşı istifadə edildiyini anlayan Fransa Ukrayna Silahlı Qüvvələrinin (USQ) terror aktlarını "özünümüdafiə hüququ" ilə bəraət qazandırmağa çalışır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın Rusiya XİN-in saytında dərc olunan açıqlamasında deyilir.

"Fransa liderləri onların tədarük etdikləri silahların Kiyev rejimi tərəfindən qəsdən istifadə edilməsinə arsızcasına göz yummağa üstünlük verirlər. Üstəlik, həmçinin Parisdə də bu cür vəhşilikləri "özünümüdafiə hüququ" ilə bəraət qazandırmağa çalışırlar, əslində terror aktlarınada haqq qazandırırlar" - Zaxarova vurğulayıb.

Diplomat qeyd edib ki, Fransa rəhbərliyi həmçinin Ukrayna böhranının "yetişdirilməsində" və 8 ildir ki, Donbasda dinc sakinlərini qətlə yetirən Kiyevdəki neonasist rejiminə qarşı göz yummaqda öz rolunu etiraf etməkdən imtina edir.
Bundan əvvəl bildirilib ki, Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Rusiya Silahlı Qüvvələrinin (RSQ) Ukraynadakı fransız muzdlularına endirdiyi zərbələr fonunda, eləcə də guya "Fransa ilə bağlı yanlış məlumatların" artması üzündən Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq.
Bu yaxınlarda Fransa ucuz qazı ölkəyə qaytarmaq üçün Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0