Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

MDB PA-nın nümayəndələrinin prezident seçkiləri ilə bağlı fikriləri

© Sputnik / Сергей КарпухинMDB
MDB - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Abunə olmaq
MDB PA Şurasının nümayəndələri səsvermə prosesinin müşahidələrinin nəticələrinə dair fikirlərini bölüşəcəklər.
BAKI, 5 fevral — Sputnik. Məlum olduğu kimi, fevralın 7-də Azərbaycan Prezidentinin növbədənkənar seçkiləri keçiriləcək. Müşahidədə Türk Dövlətləri Təşkilatının bütün ölkələrinin nümayəndələri və Azərbaycan Ombudsman Aparatı iştirak edəcək.
Burada Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasından (PA) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan beynəlxalq müşahidəçiləri fəaliyyət göstərir. Mindən çox seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Ənənəvi olaraq, müşahidəçilər arasında fevralın 4-dən öz missiyası çərçivəsində qısamüddətli monitorinqlər aparan MDB Parlamentlərarası Assambleyasının nümayəndələri də var.
Fevralın 7-də, saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində MDB PA Şurasının baş katibi - Katibliyinin rəhbəri Dmitri Arkadyeviç Kobitskinin və Qazaxıstan Respublikası Parlamenti Senatının sədr müavini, MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Jakip Kajmanoviç Aslanovun iştirakları ilə səsvermə prosesinin müşahidələrinin nəticələrinə həsr olunan mətbuat konfransı keçiriləcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0