https://sputnik.az/20240202/usq-nin-zabiti-artilleriya-sayesinde-cebhe-xettinde-rusiyanin-ustunluyunu-etiraf-edib-462349871.html
USQ-nin zabiti artilleriya sayəsində cəbhə xəttində Rusiyanın üstünlüyünü etiraf edib
USQ-nin zabiti artilleriya sayəsində cəbhə xəttində Rusiyanın üstünlüyünü etiraf edib
Sputnik Azərbaycan
Hərbçilər Ukrayna ordusunda silah-sursat çatışmazlığını qeyd ediblər. 02.02.2024, Sputnik Azərbaycan
2024-02-02T23:47+0400
2024-02-02T23:47+0400
2024-02-02T23:47+0400
artilleriya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiyanın müdafiə naziri sergey şoyqu
sergey şoyqu
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0e/447456132_0:160:3072:1888_1920x0_80_0_0_fd3152ea84583667e804fbc54abb5c3d.jpg
BAKI, 2 fevral — Sputnik. Rusiya Silahlı Qüvvələri (RSQ) Ukrayna qoşunlarından fərqli olaraq artilleriya zərbələrinə görə cəbhə xəttində üstünlük təşkil edirlər. Bu barədə Rusiya mediası Ukrayna Silahlı Qüvvələrinin (USQ) zabitinin "Politico" nəşrinə söylədiklərinə istinadən xəbər verib. "Bəzi istiqamətlərdə rusiyalıların silah-sursatlarının miqdarı bəzən bizim imkanlarımızdan dəfələrlə çox olur" – Ukraynanın hərbçisi bildirib. Zabit xatırladıb ki, döyüş meydanında uğur qazanmaq üçün rəqibdən dəfələrlə çox və ya ən azı təxminən eyni sayda silah-sursat olmalıdır. Ukraynalı artilleriyaçı da öz növbəsində nəşrə verdiyi müsahibədə USQ-nin kifayət qədər mərmisinin olmadığını təsdiqləyib. Bu yaxınlarda məlum olub ki, Ukraynanın müdafiə naziri Rustəm Umerov avropalı müttəfiqlərinə mərmilərin kritik çatışmazlığından şikayətlənən məktub göndərib. Məktubda o, həmçinin USQ üçün bir milyon silah-sursat tədarükünü də istəyib. Ukrayna müdafiə naziri qeyd edib ki, Rusiya qoşunlarının gündə üç dəfə çox sursatdan istifadə etdiyi təqdirdə Ukrayna ordusu 2 mindən çox mərmi istifadə edə bilməz. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Rusiya Müdafiə Sənaye Kompleksinin müəssisələri ən çox tələb olunan silah nümunələrinin istehsalını dəfələrlə artırıb və bununla da "təriflənən Qərbin hərbi-texniki potensialına" meydan oxuyublar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0e/447456132_171:0:2902:2048_1920x0_80_0_0_8ab43d8488423af553430a961330079f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
artilleriya, rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu, ukrayna
artilleriya, rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu, ukrayna
USQ-nin zabiti artilleriya sayəsində cəbhə xəttində Rusiyanın üstünlüyünü etiraf edib
Hərbçilər Ukrayna ordusunda silah-sursat çatışmazlığını qeyd ediblər.
BAKI, 2 fevral — Sputnik. Rusiya Silahlı Qüvvələri (RSQ) Ukrayna qoşunlarından fərqli olaraq artilleriya zərbələrinə görə cəbhə xəttində üstünlük təşkil edirlər.
Bu barədə Rusiya mediası Ukrayna Silahlı Qüvvələrinin (USQ) zabitinin "Politico" nəşrinə söylədiklərinə istinadən xəbər verib.
"Bəzi istiqamətlərdə rusiyalıların silah-sursatlarının miqdarı bəzən bizim imkanlarımızdan dəfələrlə çox olur" – Ukraynanın hərbçisi bildirib.
Zabit xatırladıb ki, döyüş meydanında uğur qazanmaq üçün rəqibdən dəfələrlə çox və ya ən azı təxminən eyni sayda silah-sursat olmalıdır. Ukraynalı artilleriyaçı da öz növbəsində nəşrə verdiyi müsahibədə USQ-nin kifayət qədər mərmisinin olmadığını təsdiqləyib.
Bu yaxınlarda məlum olub ki, Ukraynanın müdafiə naziri Rustəm Umerov avropalı müttəfiqlərinə mərmilərin kritik çatışmazlığından şikayətlənən məktub göndərib. Məktubda o, həmçinin USQ üçün bir milyon silah-sursat tədarükünü də istəyib. Ukrayna müdafiə naziri qeyd edib ki, Rusiya qoşunlarının gündə üç dəfə çox sursatdan istifadə etdiyi təqdirdə Ukrayna ordusu 2 mindən çox mərmi istifadə edə bilməz.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Rusiya Müdafiə Sənaye Kompleksinin müəssisələri ən çox tələb olunan silah nümunələrinin istehsalını dəfələrlə artırıb və bununla da "təriflənən Qərbin hərbi-texniki potensialına" meydan oxuyublar.