Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şoyqu: "Xüsusi hərbi əməliyyat iştirakçılarının seçkilərdə iştirakına hazırlıq görülür"

© Sputnik / Ministry of Defence of the Russian Federation / Вадим Савицкий / Mediabanka keçidRusiya Müdafiə naziri Sergey Şoyqu
Rusiya Müdafiə naziri Sergey Şoyqu  - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Hərbi qulluqçuların seçkilərdə iştirak məsələləri, onların ailə üzvləri və silahlı qüvvələrin mülki heyəti təfərrüatlı şəkildə hazırlanır.
BAKI, 2 fevral — Sputnik. Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyat iştirakçılarının Rusiya Federasiyasının prezident seçkilərində səs verməsi imkanının təmin edilməsinə xüsusi diqqət yetirir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
"Bu hadisə 2024-cü ildə siyasi həyatda ən əlamətdar hadisəyə çevriləcək. İlk dəfə olaraq səsvermə üç gün - martın 15-dən 17-dək davam edəcək. Ona hazırlıq son mərhələyə qədəm qoyub. Hərbi qulluqçuların seçkilərdə iştirak məsələləri, onların ailə üzvləri və silahlı qüvvələrin mülki heyəti təfərrüatlı şəkildə hazırlanır" - Şoyqu bildirib.
"Xüsusi hərbi əməliyyat zonasında şəxsi heyətin səsverməsinin təmin edilməsinə xüsusi diqqət yetirilir. Bu gün biz hərbi elektoratın seçki kampaniyasında iştirakına hazırlıq işlərinin necə getdiyini müzakirə edəcəyik" - nazir deyib.
Xəbər lenti
0