https://sputnik.az/20240202/rusiyanin-udm-artimi-inkisaf-etmis-olkeler-ve-avropa-uzre-orta-gostericiden-yuksekdir-462345723.html
Rusiyanın ÜDM artımı inkişaf etmiş ölkələr və Avropa üzrə orta göstəricidən yüksəkdir
Rusiyanın ÜDM artımı inkişaf etmiş ölkələr və Avropa üzrə orta göstəricidən yüksəkdir
Sputnik Azərbaycan
Mişustin bildirib ki, Rusiya Federasiyası ötən il sənaye istehsalında yaxşı nəticələr əldə edib. Ölkədə işsizlik rekord dərəcədə aşağı səviyyədədir. 02.02.2024, Sputnik Azərbaycan
2024-02-02T18:58+0400
2024-02-02T18:58+0400
2024-02-02T18:58+0400
rusiya
mixail mişustin
üdm
ümumi daxili məhsul (üdm)
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1b/460890399_0:160:3072:1888_1920x0_80_0_0_de49b4c2c21079b3493e05e7629c9601.jpg
BAKI, 2 fevral — Sputnik. 2023-cü ilin sonuna Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) artımı 3,5-4%-i keçə bilər ki, bu da dünya üzrə orta göstəricidən yüksəkdir. Bunu Rusiyanın baş naziri Mixail Mişustin "Digital Almatı" forumunun plenar iclasında deyib. Onun sözlərinə görə, sanksiyaların təzyiqinə baxmayaraq, belə göstəricilərə nail olunub. "İlkin hesablamalara görə, ÜDM artımı 3,5% təşkil edib, bəlkə də bir az daha çox, 4%-ə qədər olacaq. Bu, Dünya Bankının yanvar ayında dərc olunmuş hesablamalarına əsasən, inkişaf etmiş ölkələr və Avropa üzrə dünyadakı orta göstəricidən yüksəkdir" - Baş nazir izah edib. Mişustin həmçinin qeyd edib ki, Rusiya ötən il sənaye istehsalında yaxşı nəticələr əldə edib. Ölkədə işsizlik rekord dərəcədə aşağı səviyyədədir. Bundan əvvəl Beynəlxalq Valyuta Fondu öz hesabatında 2023-cü ildə Rusiya iqtisadiyyatının artımını əvvəllər proqnozlaşdırılan 1,5-2,2 faizə qarşı 3 faiz səviyyəsində qiymətləndirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1b/460890399_171:0:2902:2048_1920x0_80_0_0_432e9713f46950f70d43bfbf447dd235.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mixail mişustin, üdm, ümumi daxili məhsul (üdm)
mixail mişustin, üdm, ümumi daxili məhsul (üdm)
Rusiyanın ÜDM artımı inkişaf etmiş ölkələr və Avropa üzrə orta göstəricidən yüksəkdir
Mişustin bildirib ki, Rusiya Federasiyası ötən il sənaye istehsalında yaxşı nəticələr əldə edib. Ölkədə işsizlik rekord dərəcədə aşağı səviyyədədir.
BAKI, 2 fevral — Sputnik. 2023-cü ilin sonuna Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) artımı 3,5-4%-i keçə bilər ki, bu da dünya üzrə orta göstəricidən yüksəkdir.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin "Digital Almatı" forumunun plenar iclasında deyib.
Onun sözlərinə görə, sanksiyaların təzyiqinə baxmayaraq, belə göstəricilərə nail olunub.
"İlkin hesablamalara görə, ÜDM artımı 3,5% təşkil edib, bəlkə də bir az daha çox, 4%-ə qədər olacaq. Bu, Dünya Bankının yanvar ayında dərc olunmuş hesablamalarına əsasən, inkişaf etmiş ölkələr və Avropa üzrə dünyadakı orta göstəricidən yüksəkdir" - Baş nazir izah edib.
Mişustin həmçinin qeyd edib ki, Rusiya ötən il sənaye istehsalında yaxşı nəticələr əldə edib. Ölkədə işsizlik rekord dərəcədə aşağı səviyyədədir.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondu öz hesabatında 2023-cü ildə Rusiya iqtisadiyyatının artımını əvvəllər proqnozlaşdırılan 1,5-2,2 faizə qarşı 3 faiz səviyyəsində qiymətləndirib.