Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya İqtisadi İnkişaf Nazirliyi: Xarici ticarətdə dost olan ölkələrin payı 75%-i ötüb

© iStock.com / imantsuYük konteynerləri
Yük konteynerləri - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Rusiyanın Baş naziri Mixail Mişustin bu yaxınlarda bildirib ki, Aİİ ölkələri arasında qarşılıqlı hesablaşmalarda milli valyutaların payı 90% təşkil edir.
BAKI, 2 fevral — Sputnik. Rusiyanın xarici ticarətində dost olan ölkələrin payı 2023-cü ilin nəticələrinə görə 75%-dən çox olub.
Bunu Rusiya iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev deyib.
Onun sözlərinə görə, Rusiyanın bu istiqamətdə perspektivli tərəfdaşları Çin, Hindistan, Avrasiya İqtisadi İttifaqının (Aİİ) və Müstəqil Dövlətlər Birliyinin (MDB) ölkələri, həmçinin Cənub-Şərqi Asiya, Latın Amerikası, Yaxın Şərq və Afrikanın bir sıra dövlətləridir.
"Rusiya-Çin ikitərəfli əmtəə və xidmət ticarətinin 2024-cü ilə qədər 200 milyard dollara çatdırılması məqsədinin vaxtından əvvəl əldə olunmasını xüsusilə qeyd etmək istərdim" - Nazirliyin saytında İliçevdən sitat gətirilib.
Bu yaxınlarda Rusiyanın Baş naziri Mixail Mişustin bildirib ki, Aİİ ölkələri arasında qarşılıqlı hesablaşmalarda milli valyutaların payı 90% təşkil edir.
Xəbər lenti
0