https://sputnik.az/20240201/rusiya-kiyevin-l-76-ya-hucumunu-qetiyyetle-pisleyir-bu-terror-aktidir---xn-462179677.html
Belqorodda İl-76 təyyarəsi ABŞ-ın “Patriot” kompleksindən buraxılan iki raketlə vurulub
Belqorodda İl-76 təyyarəsi ABŞ-ın “Patriot” kompleksindən buraxılan iki raketlə vurulub
Sputnik Azərbaycan
Rusiya Federasiyası İstintaq Komitəsi təyyarənin Ukraynanın Xarkov vilayətinin Liptsi rayonundan iki raketlə vurulduğunu açıqlayıb. 01.02.2024, Sputnik Azərbaycan
2024-02-01T15:05+0400
2024-02-01T15:05+0400
2024-02-01T14:57+0400
rusiya
rusiya xin
təyyarə
qəza
hücum
terror
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e8/01/18/462170264_1:0:600:337_1920x0_80_0_0_19b07e027f6d98027e99615489b682b0.jpg
BAKI, 1 fevral - Sputnik. Belqorod vilayətində İl-76 təyyarəsi ABŞ-nin “Patriot” zenit-raket kompleksindən buraxılan iki raketlə vurulub, onların 116 hissəsi aşkar edilib. Bu barədə jurnalistlərə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib. “Araşdırma zamanı aparılan ekspertizanın rəyinə əsasən, hadisə yerindən götürülmüş fraqmentlər konstruksiya xüsusiyyətlərinə, həndəsi xüsusiyyətlərinə və mövcud nişanlarına görə MİM-104A zenit-raket kompleksinin struktur elementləridir. Patriot kompleksi, “Raytheon” və “Hughes” korporasiyaları tərəfindən hazırlanmış və “Raytheon”da istehsal edilmişdir” - məlumatda deyilir. Həmçinin müəyyən edilib ki, təyyarə Ukraynanın Xarkov vilayətinin Liptsi rayonundan iki raketlə vurulub. "Hadisə yerinə baxış zamanı təyyarəyə hücumu olduğu ehtimal edilən yerdən 1,8 km şimal-şərq və 4,8 km cənub-şərqdə ingilis dilində yazıları və işarələri olan iki raketin gövdəsi və mexanizmlərinin 116 fraqmenti aşkar edilib" - məlumatda bildirilir. Götürülən fraqmentlərin üzərində aşağıdakı işarələr aşkar edilib: ASSY 11455748, SN740179, ASSY 11461343, SN740206, ASSY 11461865, SN740207, Raytheon, Confidential guideline/Ad19. /28 /83 8 /8/84 müqavilə No/DAAH01-86C-A018, həmçinin 18876 ASSY, Martin Marieta və 10253043-39 02 S/N 80025. İon hərəkətlilik spektrometriyası (IMS), kütləvi spektrometrik aşkarlama ilə qaz xromatoqrafiyası və kütləvi selektiv aşkarlama ilə yüksək performanslı maye xromatoqrafiyasından istifadə etməklə aparılan tədqiqatın nəticələrinə əsasən müəyyən edilmişdir ki, tərkibində 10%-ə qədər oktogen çirkləri olan heksogen izləri aşkar edilib. Bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin ukraynalı məhbusları daşıyan Rusiyanın İl-76 təyyarəsinin ABŞ-nin Patriot sistemi tərəfindən vurulduğunu, bunun artıq dəqiqləşdirildiyini açıqlamışdı. Yanvarın 24-də Ukrayna Silahlı Qüvvələri Belqorod vilayəti ərazisi üzərində dəyişdirilmək məqsədilə ukraynalı əsirləri daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsini vurub. Təyyarədə 74 nəfər, o cümlədən Ukraynanın 65 əsir əsgəri olub və onların hamısı həlak olublar. Rusiya Müdafiə Nazirliyi hadisəni terror hücumu adlandırıb və Kiyevin Kolotilovka keçid məntəqəsində baş verməli olan məhbusların mübadiləsi üçün daşınmasından xəbəri olduğunu, lakin Moskvanı Ukrayna hərbçilərini məhv etməkdə ittiham etmək üçün təyyarəyə hücum etdiyini vurğulayıb.26.01.24, 14:45Rusiya hərbi əsirlərin öldüyü təyyarənin "qara qutu"sunu araşdırmağa başlayıbRusiyalı mütəxəssislər yanvarın 24-də Belqorod vilayətində vurulan İL-76 hərbi-nəqliyyat təyyarəsinin "qara qutu"larındakı məlumatı araşdırmağa başlayıb.Bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb. Qurumun qeydinə görə, təyyarənin "qara qutu"ları yararlı vəziyyətdədir.Xatırladaq ki, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 75 nəfərin hamısı ölüb. Təyyarədə ukraynalı hərbi əsirlərin olduğu iddia edilir. Rəsmi Kiyev hələ ki məlumatı təsdiqləməyib. Həm Moskva, həm də Kiyev hadisə ilə bağlı beynəlxalq araşdırmanın başlanmasını tələb edir. 24.01.24, 19:48Rusiya Kiyevin İl-76-ya hücumunu qətiyyətlə pisləyir, bu, terror aktıdır - XİNMoskva Kiyevin İl-76-ya hücumunu qəti şəkildə pisləyir. Bu, Ukrayna hakimiyyətinin danışıqlar aparmaq iqtidarında olmadığını açıq şəkildə nümayiş etdirən düşünülmüş və şüurlu şəkildə həyata keçirilmiş terror aktıdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.Rusiya XİN xatırladıb ki, bu, 2022-ci ildə Yelenovka koloniyasına raket hücumu hadisəsində göstərildiyi kimi, “Zelenski xuntası”nın əsir düşən öz hərbi qulluqçularına qarşı vəhşicəsinə davranması ilk dəfə deyil.“Kiyevdə onlar yaxınlaşan mübadilədən yaxşı xəbərdar idilər. Onlar bilirdilər ki, hərbi əsirləri necə və hansı marşrutla çatdıracaqlar. Təyyarəyə hücum düşünülmüş və şüurlu bir hərəkət idi. Terror aktı Kiyev rejiminin danışıqlar apara bilmədiyini açıq şəkildə nümayiş etdirir” - Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.Nazirlik onu da əlavə edib ki, əvvəlcə iştirakını etiraf edən Kiyev sonradan bunu inkar etməyə başlayıb:Çərşənbə günü Ukrayna Silahlı Qüvvələri Belqorod vilayəti səmasında 65 ukraynalı əsiri mübadilə üçün daşıyan İl-76 hərbi-nəqliyyat təyyarəsini vurub. Təyyarədə olan bütün məhbuslar, həmçinin altı ekipaj üzvü və onu müşayiət edən üç nəfər - cəmi 74 nəfər həlak olub.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev məhbusların dəyişdirilmək üçün gözlənilən daşınmasını yaxşı bilirdi, bunun çərşənbə günü baş tutmalı idi (hər hansı formatda olub-olmayacağı, hələlik məlumat yoxdur).Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İl-76-nın qəzaya uğraması Kiyevlə “ən azı bir növ razılaşmanın mümkünlüyü ilə bağlı böyük sual yaradır”.Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ Konqresinə və Bundestaqına müraciət hazırlamağı tapşırıb - Ukraynanı zenit-raket kompleksləri (Patriot və İris-T) ilə təchiz edən dövlətlər və Almaniyadır. Ukrayna mediası isə əvvəlcə İl-76-nın Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu yazsa da, sonradan məlumatları saytlardan silib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240124/volodin-rusiya-dovlet-dumasi-abs-ve-almaniyaya-muraciet-hazirlayacaq-462170564.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/18/462170264_76:0:525:337_1920x0_80_0_0_4482834dac8e7506cad56201b37cd6f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, təyyarə, qəza, hücum, terror, ukrayna
rusiya xin, təyyarə, qəza, hücum, terror, ukrayna
Belqorodda İl-76 təyyarəsi ABŞ-ın “Patriot” kompleksindən buraxılan iki raketlə vurulub
Rusiya Federasiyası İstintaq Komitəsi təyyarənin Ukraynanın Xarkov vilayətinin Liptsi rayonundan iki raketlə vurulduğunu açıqlayıb.
BAKI, 1 fevral - Sputnik. Belqorod vilayətində İl-76 təyyarəsi ABŞ-nin “Patriot” zenit-raket kompleksindən buraxılan iki raketlə vurulub, onların 116 hissəsi aşkar edilib.
Bu barədə jurnalistlərə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Araşdırma zamanı aparılan ekspertizanın rəyinə əsasən, hadisə yerindən götürülmüş fraqmentlər konstruksiya xüsusiyyətlərinə, həndəsi xüsusiyyətlərinə və mövcud nişanlarına görə MİM-104A zenit-raket kompleksinin struktur elementləridir. Patriot kompleksi, “Raytheon” və “Hughes” korporasiyaları tərəfindən hazırlanmış və “Raytheon”da istehsal edilmişdir” - məlumatda deyilir.
Həmçinin müəyyən edilib ki, təyyarə Ukraynanın Xarkov vilayətinin Liptsi rayonundan iki raketlə vurulub.
"Hadisə yerinə baxış zamanı təyyarəyə hücumu olduğu ehtimal edilən yerdən 1,8 km şimal-şərq və 4,8 km cənub-şərqdə ingilis dilində yazıları və işarələri olan iki raketin gövdəsi və mexanizmlərinin 116 fraqmenti aşkar edilib" - məlumatda bildirilir.
Götürülən fraqmentlərin üzərində aşağıdakı işarələr aşkar edilib: ASSY 11455748, SN740179, ASSY 11461343, SN740206, ASSY 11461865, SN740207, Raytheon, Confidential guideline/Ad19. /28 /83 8 /8/84 müqavilə No/DAAH01-86C-A018, həmçinin 18876 ASSY, Martin Marieta və 10253043-39 02 S/N 80025.
İon hərəkətlilik spektrometriyası (IMS), kütləvi spektrometrik aşkarlama ilə qaz xromatoqrafiyası və kütləvi selektiv aşkarlama ilə yüksək performanslı maye xromatoqrafiyasından istifadə etməklə aparılan tədqiqatın nəticələrinə əsasən müəyyən edilmişdir ki, tərkibində 10%-ə qədər oktogen çirkləri olan heksogen izləri aşkar edilib.
Bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin ukraynalı məhbusları daşıyan Rusiyanın İl-76 təyyarəsinin ABŞ-nin Patriot sistemi tərəfindən vurulduğunu, bunun artıq dəqiqləşdirildiyini açıqlamışdı.
Yanvarın 24-də Ukrayna Silahlı Qüvvələri Belqorod vilayəti ərazisi üzərində dəyişdirilmək məqsədilə ukraynalı əsirləri daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsini vurub. Təyyarədə 74 nəfər, o cümlədən Ukraynanın 65 əsir əsgəri olub və onların hamısı həlak olublar.
Rusiya Müdafiə Nazirliyi hadisəni terror hücumu adlandırıb və Kiyevin Kolotilovka keçid məntəqəsində baş verməli olan məhbusların mübadiləsi üçün daşınmasından xəbəri olduğunu, lakin Moskvanı Ukrayna hərbçilərini məhv etməkdə ittiham etmək üçün təyyarəyə hücum etdiyini vurğulayıb.
Rusiya hərbi əsirlərin öldüyü təyyarənin "qara qutu"sunu araşdırmağa başlayıb
Rusiyalı mütəxəssislər yanvarın 24-də Belqorod vilayətində vurulan İL-76 hərbi-nəqliyyat təyyarəsinin "qara qutu"larındakı məlumatı araşdırmağa başlayıb.
Bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb. Qurumun qeydinə görə, təyyarənin "qara qutu"ları yararlı vəziyyətdədir.
Xatırladaq ki, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 75 nəfərin hamısı ölüb. Təyyarədə ukraynalı hərbi əsirlərin olduğu iddia edilir. Rəsmi Kiyev hələ ki məlumatı təsdiqləməyib. Həm Moskva, həm də Kiyev hadisə ilə bağlı beynəlxalq araşdırmanın başlanmasını tələb edir.
Rusiya Kiyevin İl-76-ya hücumunu qətiyyətlə pisləyir, bu, terror aktıdır - XİN
Moskva Kiyevin İl-76-ya hücumunu qəti şəkildə pisləyir. Bu, Ukrayna hakimiyyətinin danışıqlar aparmaq iqtidarında olmadığını açıq şəkildə nümayiş etdirən düşünülmüş və şüurlu şəkildə həyata keçirilmiş terror aktıdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Biz Kiyev rejiminin Belqorod vilayətində törətdiyi terror aktını qətiyyətlə pisləyirik. Bu hadisədə iştirak edən bütün şəxslər, o cümlədən Ukrayna hərbçiləri və mülki rəsmiləri arasında olan təşkilatçılar və cinayətkarlar müəyyən ediləcək və Rusiya qanunvericiliyinə uyğun olaraq qaçılmaz, layiqli cəzalarını alacaqlar” - Rusiya diplomatik departamentinin saytında dərc olunan məlumatda deyilir.
Rusiya XİN xatırladıb ki, bu, 2022-ci ildə Yelenovka koloniyasına raket hücumu hadisəsində göstərildiyi kimi, “Zelenski xuntası”nın əsir düşən öz hərbi qulluqçularına qarşı vəhşicəsinə davranması ilk dəfə deyil.
“Kiyevdə onlar yaxınlaşan mübadilədən yaxşı xəbərdar idilər. Onlar bilirdilər ki, hərbi əsirləri necə və hansı marşrutla çatdıracaqlar. Təyyarəyə hücum düşünülmüş və şüurlu bir hərəkət idi. Terror aktı Kiyev rejiminin danışıqlar apara bilmədiyini açıq şəkildə nümayiş etdirir” - Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.
Nazirlik onu da əlavə edib ki, əvvəlcə iştirakını etiraf edən Kiyev sonradan bunu inkar etməyə başlayıb:
“Bu, təyyarə qəzasından dərhal sonra insanlığa nifrət ruhunda “qələbə” elan edərək, bunun “cəsur Ukrayna Silahlı Qüvvələrinin” işi olduğunu iddia edən Zelenskinin cinayətkar dəstəsinin növbəti vəhşiliyidir. Lakin təyyarədə mübadilə yerinə gedən ukraynalı hərbçilərin olduğu məlum olan kimi "Bankova"da ilə bağlı ritorika dəyişib. Onlar fəlakətdə iştirakı inkar etməyə başlayıblar”.
Çərşənbə günü Ukrayna Silahlı Qüvvələri Belqorod vilayəti səmasında 65 ukraynalı əsiri mübadilə üçün daşıyan İl-76 hərbi-nəqliyyat təyyarəsini vurub. Təyyarədə olan bütün məhbuslar, həmçinin altı ekipaj üzvü və onu müşayiət edən üç nəfər - cəmi 74 nəfər həlak olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev məhbusların dəyişdirilmək üçün gözlənilən daşınmasını yaxşı bilirdi, bunun çərşənbə günü baş tutmalı idi (hər hansı formatda olub-olmayacağı, hələlik məlumat yoxdur).
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İl-76-nın qəzaya uğraması Kiyevlə “ən azı bir növ razılaşmanın mümkünlüyü ilə bağlı böyük sual yaradır”.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ Konqresinə və Bundestaqına müraciət hazırlamağı tapşırıb - Ukraynanı zenit-raket kompleksləri (Patriot və İris-T) ilə təchiz edən dövlətlər və Almaniyadır. Ukrayna mediası isə əvvəlcə İl-76-nın Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu yazsa da, sonradan məlumatları saytlardan silib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.