https://sputnik.az/20240131/bineqedi-rayonunda-sudan-qanunsuz-istifade-hallari-askarlanib---vdeo-462301502.html
Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb - VİDEO
Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb - VİDEO
Sputnik Azərbaycan
2023-cü ildə Agentlik üzrə 15 533, Binəqədi rayonu üzrə isə 3 071 sudan qanunsuz istifadə halları aşkarlanıb. 31.01.2024, Sputnik Azərbaycan
2024-01-31T15:29+0400
2024-01-31T15:29+0400
2024-01-31T15:40+0400
paytaxt xəbərləri
bakı
binəqədi rayonu
"azərsu" asc
azərsu
"azərsu" asc
https://cdnn1.img.sputnik.az/img/07e6/08/13/445191569_0:104:2048:1256_1920x0_80_0_0_4c8a2265285fdbc1c91c382de0a0c9a2.jpg
BAKI, 31 yanvar - Sputnik. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlayıb.Bu barədə agentlik xəbər verir.Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində fəaliyyət göstərən kafedə içməli sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Obyekt sahibi şəbəkəyə qoşularaq içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edib. Həmin küçədə yerləşən dönər satışı obyektində də içməli sudan qanunsuz istifadə aşkar olunub. Sahibkar texniki şərt almadan və müqavilə bağlamadan özbaşına çəkilmiş xətt vasitəsilə obyekti içməli su ilə təmin edib. Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən kafe, ət kəsimi və meyvə-tərəvəz satışı obyektlərində qeyri-qanuni çəkilmiş su xəttindən istifadənin qarşısı alınıb. Binəqədi qəsəbəsi DSK yolu 1-ci mədən ərazisində fəaliyyət göstərən qum bazarında suyun talanması aşkar edilib. Həmin əraziyə yaxınlıqdan keçən su kəmərindən xətt çəkilərək sudan qanunsuz istifadə olunub. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib."Vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni, sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə agentlik bəyan edib.2023-cü ildə Agentlik üzrə 15 533, Binəqədi rayonu üzrə isə 3 071 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/13/445191569_118:0:1931:1360_1920x0_80_0_0_fa68d122c65ee60f94753a2193b8a553.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, binəqədi rayonu, "azərsu" asc, azərsu, "azərsu" asc
bakı, binəqədi rayonu, "azərsu" asc, azərsu, "azərsu" asc
Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb - VİDEO
15:29 31.01.2024 (Yenilənib: 15:40 31.01.2024) 2023-cü ildə Agentlik üzrə 15 533, Binəqədi rayonu üzrə isə 3 071 sudan qanunsuz istifadə halları aşkarlanıb.
BAKI, 31 yanvar - Sputnik. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlayıb.
Bu barədə agentlik xəbər verir.
Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.
Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində fəaliyyət göstərən kafedə içməli sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Obyekt sahibi şəbəkəyə qoşularaq içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edib. Həmin küçədə yerləşən dönər satışı obyektində də içməli sudan qanunsuz istifadə aşkar olunub. Sahibkar texniki şərt almadan və müqavilə bağlamadan özbaşına çəkilmiş xətt vasitəsilə obyekti içməli su ilə təmin edib. Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən kafe, ət kəsimi və meyvə-tərəvəz satışı obyektlərində qeyri-qanuni çəkilmiş su xəttindən istifadənin qarşısı alınıb. Binəqədi qəsəbəsi DSK yolu 1-ci mədən ərazisində fəaliyyət göstərən qum bazarında suyun talanması aşkar edilib. Həmin əraziyə yaxınlıqdan keçən su kəmərindən xətt çəkilərək sudan qanunsuz istifadə olunub. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.
"Vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni, sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə agentlik bəyan edib.
2023-cü ildə Agentlik üzrə 15 533, Binəqədi rayonu üzrə isə 3 071 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.