https://sputnik.az/20240130/qirmizi-denizdeki-veziyyete-gore-simal-cenub-dehlizinin-rolunun-artacagi-gozlenilir-462280915.html
Qırmızı dənizdəki vəziyyətə görə "Şimal-Cənub" dəhlizinin rolunun artacağı gözlənilir
Qırmızı dənizdəki vəziyyətə görə "Şimal-Cənub" dəhlizinin rolunun artacağı gözlənilir
Sputnik Azərbaycan
"Şimal-Cənub" Rusiyaya dost ölkələrin ərazilərinin bütün uzunluğu boyunca keçən ən qısa marşrutdur. 30.01.2024, Sputnik Azərbaycan
2024-01-30T15:22+0400
2024-01-30T15:22+0400
2024-01-30T15:58+0400
şimal-cənub tranzit dəhlizi
rusiya
aleksey overçuk
https://cdnn1.img.sputnik.az/img/07e8/01/09/461850348_0:302:2730:1838_1920x0_80_0_0_58998d08618c915921b91e36fff5356c.jpg
BAKI, 30 yanvar — Sputnik. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti Qırmızı dənizdəki hazırkı qeyri-sabitliyi nəzərə alaraq artacaq. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk "Ekspert" jurnalına müsahibəsində bildirib. Baş nazirin müavini xatırladıb ki, Rusiya Qazaxıstan, İran və Türkmənistanla birlikdə 2022-ci ildə Hind okeanının limanlarına çıxışı olan müntəzəm dəmir yolu xidmətlərini tətbiq edib. Bundan əlavə, onun sözlərinə görə, İranda Rəşt-Astara dəmir yolunun çatışmayan hissəsinin tikintisinə başlamaq üçün hazırlıq işləri aparılır. Overçuk qeyd edib ki, Rusiya Aİİ-də qonşuları ilə sıx əməkdaşlıq şəraitində inkişaf etməyə çalışır. "2022-ci ilin avqustunda Avrasiya Hökumətlərarası Şurasının sərəncamı ilə nəqliyyat sahəsində prioritet inteqrasiya infrastruktur layihələrinin siyahısı təsdiq edilib. Bu siyahıda prioritet inteqrasiya layihələri statusuna malik avtomobil yolları müəyyən edilib. Fevralın əvvəlində bu siyahının Qazaxıstan Respublikasının iki layihəsi və Qırğızıstanın iki layihəsi ilə tamamlanacağı gözlənilir" – o, sözünə davam edib. Baş nazirin müavini əlavə edib ki, Avrasiya İqtisadi Komissiyası Rusiyanın inteqrasiya layihəsini Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə əlaqələndirməyə çalışır. Xatırladaq ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra "Ənsər Allah" Yəmən hərəkatı İsrail ərazisinə zərbələr endirəcəyini və anklavda əməliyyat dayandırılana qədər onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Bab-əl-Mandeb boğazının sularından keçməsinə imkan verməyəcəyini bildirib. "Şimal-Cənub" Beynəlxalq nəqliyyat dəhlizi (BND) Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur. BND-nin üç marşrutu var: transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), qərb (Azərbaycan ərazisi ilə) və şərq (Qazaxıstan və Türkmənistan vasitəsilə). Onun bəzi obyektlərinin tikintisinin tamamlanması lazımdır. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması haqqında saziş 2000-ci ildə Rusiya, Hindistan və İran tərəfindən imzalanıb. Daha sonra iştirakçıların sayı 14-ə çatıb. Dəhliz Hindistan, İran və Fars körfəzi ölkələrindən Rusiya ərazisi vasitəsilə Avropaya yüklərin cəlb edilməsinə imkan yaradır. Belə olan halda Süveyş kanalından keçən dəniz yolu ilə müqayisədə məsafə yarıdan çox azalır ki, bu da daşınmaların vaxtını və xərclərini azaldır. Hazırda layihə ayrı-ayrı dövlətlərin bir neçə müxtəlif nəqliyyat sistemini birləşdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/09/461850348_0:0:2730:2048_1920x0_80_0_0_4991da3922b5c963746f588edaf9de05.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
şimal-cənub tranzit dəhlizi, aleksey overçuk
şimal-cənub tranzit dəhlizi, aleksey overçuk
Qırmızı dənizdəki vəziyyətə görə "Şimal-Cənub" dəhlizinin rolunun artacağı gözlənilir
15:22 30.01.2024 (Yenilənib: 15:58 30.01.2024) "Şimal-Cənub" Rusiyaya dost ölkələrin ərazilərinin bütün uzunluğu boyunca keçən ən qısa marşrutdur.
BAKI, 30 yanvar — Sputnik. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti Qırmızı dənizdəki hazırkı qeyri-sabitliyi nəzərə alaraq artacaq.
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk "Ekspert" jurnalına müsahibəsində bildirib.
Əsas diqqət "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafına yetirilir. <…> "Şimal-Cənub" ən qısa marşrutdur və bütün uzunluğu boyunca bizə dost olan ölkələrin ərazilərindən keçir. Hazırda Qırmızı dəniz bölgəsində müşahidə edilənləri nəzərə alsaq, "Şimal-Cənub" qlobal əhəmiyyət qazanacaq və Avropanı daha rahat şərtlərlə yüklə təmin edəcək" – Overçuk belə deyib.
Baş nazirin müavini xatırladıb ki, Rusiya Qazaxıstan, İran və Türkmənistanla birlikdə 2022-ci ildə Hind okeanının limanlarına çıxışı olan müntəzəm dəmir yolu xidmətlərini tətbiq edib.
Bundan əlavə, onun sözlərinə görə, İranda Rəşt-Astara dəmir yolunun çatışmayan hissəsinin tikintisinə başlamaq üçün hazırlıq işləri aparılır.
Overçuk qeyd edib ki, Rusiya Aİİ-də qonşuları ilə sıx əməkdaşlıq şəraitində inkişaf etməyə çalışır.
"2022-ci ilin avqustunda Avrasiya Hökumətlərarası Şurasının sərəncamı ilə nəqliyyat sahəsində prioritet inteqrasiya infrastruktur layihələrinin siyahısı təsdiq edilib. Bu siyahıda prioritet inteqrasiya layihələri statusuna malik avtomobil yolları müəyyən edilib. Fevralın əvvəlində bu siyahının Qazaxıstan Respublikasının iki layihəsi və Qırğızıstanın iki layihəsi ilə tamamlanacağı gözlənilir" – o, sözünə davam edib.
Baş nazirin müavini əlavə edib ki, Avrasiya İqtisadi Komissiyası Rusiyanın inteqrasiya layihəsini Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə əlaqələndirməyə çalışır.
"Biz Monqolustan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Azərbaycan, Ermənistan və İranda avtomobil və dəmir yollarını inkişaf etdirməyi və ya müvafiq layihələrdə iştirak etməyi planlaşdırırıq. Biz Transəfqan dəmir yolunun inşasında maraqlıyıq, həmçinin Asiya və Afrika ölkələri ilə dəniz əlaqələrini inkişaf etdiririk. Perspektivli bazarlarımızı məhz orada görürük" – Overçuk sözünü yekunlaşdırıb.
Xatırladaq ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra "Ənsər Allah" Yəmən hərəkatı İsrail ərazisinə zərbələr endirəcəyini və anklavda əməliyyat dayandırılana qədər onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Bab-əl-Mandeb boğazının sularından keçməsinə imkan verməyəcəyini bildirib.
"Şimal-Cənub" Beynəlxalq nəqliyyat dəhlizi (BND) Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur. BND-nin üç marşrutu var: transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), qərb (Azərbaycan ərazisi ilə) və şərq (Qazaxıstan və Türkmənistan vasitəsilə). Onun bəzi obyektlərinin tikintisinin tamamlanması lazımdır.
Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması haqqında saziş 2000-ci ildə Rusiya, Hindistan və İran tərəfindən imzalanıb. Daha sonra iştirakçıların sayı 14-ə çatıb. Dəhliz Hindistan, İran və Fars körfəzi ölkələrindən Rusiya ərazisi vasitəsilə Avropaya yüklərin cəlb edilməsinə imkan yaradır. Belə olan halda Süveyş kanalından keçən dəniz yolu ilə müqayisədə məsafə yarıdan çox azalır ki, bu da daşınmaların vaxtını və xərclərini azaldır. Hazırda layihə ayrı-ayrı dövlətlərin bir neçə müxtəlif nəqliyyat sistemini birləşdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.