https://sputnik.az/20240129/ukrayna-ailelerine-tezminat-odemek-ucun-esgerlerin-olumunu-gizledir-462250191.html
Ukrayna ailələrinə təzminat ödəməmək üçün əsgərlərin ölümünü gizlədir
Ukrayna ailələrinə təzminat ödəməmək üçün əsgərlərin ölümünü gizlədir
Sputnik Azərbaycan
Amerikalı jurnalist Kleyton Morrisin sözlərinə görə, həlak olan ukraynalılar ümumi məzarlıqlarda basdırılır ki, onların cəsədləri sonradan tapılmasın. 29.01.2024, Sputnik Azərbaycan
2024-01-29T16:56+0400
2024-01-29T16:56+0400
2024-01-29T17:24+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
ukrayna hökuməti
vladimir zelenski
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130135_0:160:3072:1888_1920x0_80_0_0_19293ab982cb3ff87613e3d318091114.jpg
BAKI, 29 yanvar — Sputnik. Kiyev rejimi həlak olan Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçilərini ailələrinə təzminat ödəməmək üçün itkin düşənlər siyahısına əlavə edir. Bu barədə Rusiya mediası amerikalı jurnalist Kleyton Morrisin "YouTube"dakı video bloqunda söylədiklərinə istinadən xəbər verib. Morrisin sözlərinə görə, itkiləri gizlətmək üçün həlak olan hərbçilərin gələcəkdə cəsədlərinin tapılma ehtimalını aradan qaldırmağa görə onları ümumi məzarlıqlarda basdırırlar. "Əgər insanlar itkin düşsələr və döyüşlərdə həlak olmasalar, o zaman Ukrayna hökuməti onların ailələrinə pensiya və ya müavinət ödəmək məcburiyyətində deyil" - jurnalist bildirib. Ukraynalı politoloq Oleq Soskin qeyd edib ki, Kiyev bu saylar açıqlandığı təqdirdə xalqın Prezident Vladimir Zelenskini hökuməti ilə birlikdə məhv edəcəyini bilir və buna görə də itkilərin həqiqi sayını gizlədir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynada xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 383 mindən çox hərbçisini (həlak olan və yaralanan), həmçinin 14 min tankını, piyadaların döyüş maşınlarını və zirehli transportyorlarını itirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130135_171:0:2902:2048_1920x0_80_0_0_2b6f6f5ad4ca5bfed4b865b58a1ce6e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, xüsusi hərbi əməliyyat, ukrayna hökuməti, vladimir zelenski, kiyev
ukrayna, xüsusi hərbi əməliyyat, ukrayna hökuməti, vladimir zelenski, kiyev
Ukrayna ailələrinə təzminat ödəməmək üçün əsgərlərin ölümünü gizlədir
16:56 29.01.2024 (Yenilənib: 17:24 29.01.2024) Amerikalı jurnalist Kleyton Morrisin sözlərinə görə, həlak olan ukraynalılar ümumi məzarlıqlarda basdırılır ki, onların cəsədləri sonradan tapılmasın.
BAKI, 29 yanvar — Sputnik. Kiyev rejimi həlak olan Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçilərini ailələrinə təzminat ödəməmək üçün itkin düşənlər siyahısına əlavə edir.
Bu barədə Rusiya mediası amerikalı jurnalist Kleyton Morrisin "YouTube"dakı video bloqunda söylədiklərinə istinadən xəbər verib.
Morrisin sözlərinə görə, itkiləri gizlətmək üçün həlak olan hərbçilərin gələcəkdə cəsədlərinin tapılma ehtimalını aradan qaldırmağa görə onları ümumi məzarlıqlarda basdırırlar.
"Əgər insanlar itkin düşsələr və döyüşlərdə həlak olmasalar, o zaman Ukrayna hökuməti onların ailələrinə pensiya və ya müavinət ödəmək məcburiyyətində deyil" - jurnalist bildirib.
Ukraynalı politoloq Oleq Soskin qeyd edib ki, Kiyev bu saylar açıqlandığı təqdirdə xalqın Prezident Vladimir Zelenskini hökuməti ilə birlikdə məhv edəcəyini bilir və buna görə də itkilərin həqiqi sayını gizlədir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynada xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 383 mindən çox hərbçisini (həlak olan və yaralanan), həmçinin 14 min tankını, piyadaların döyüş maşınlarını və zirehli transportyorlarını itirib.