https://sputnik.az/20240129/putin-rusiya-ve-belarusu-ortaq-deyerler-ve-tarix-birlesdirir-462261528.html
Putin: Rusiya və Belarus sanksiyalar şəraitində bir-birinə kömək edirlər
Putin: Rusiya və Belarus sanksiyalar şəraitində bir-birinə kömək edirlər
Sputnik Azərbaycan
RF lideri qeyd edib ki, Rusiya və Belarusun misli görünməmiş xarici təzyiq şəraitində dünya miqyasında yaxından qarşılıqlı əlaqədə olması və bir-birinə daima... 29.01.2024, Sputnik Azərbaycan
2024-01-29T18:21+0400
2024-01-29T18:21+0400
2024-01-29T18:11+0400
rusiya prezidenti vladimir putin
rusiya
belarus
sankt-peterburq
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/16/460781194_0:38:3072:1766_1920x0_80_0_0_314cd5ea85873ebfaac6f78bb6cf07cc.jpg
BAKI, 29 yanvar — Sputnik. Rusiya Federasiyası və Belarus xarici təzyiq şəraitində bir-birinə kömək edir və qlobal və regional problemlərə ümumi yanaşmaya malikdirlər. Bunu Rusiya Prezidenti Vladimir Putin İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında bildirib. "Rusiya və Belarusun misli görünməmiş xarici təzyiq şəraitində dünya miqyasında yaxından qarşılıqlı əlaqədə olması və bir-birinə daima həqiqi müttəfiq olaraq qarşılıqlı dəstək verməsi vacibdir. Ölkələrimizin cari qlobal və regional problemlərə yanaşmaları üst-üstə düşür və ya bir çox cəhətdən yaxındır. Rusiya və Belarusu ümumi mənəvi dəyərlər və ortaq tarix birləşdirir, iki ölkənin tərəfdaşlığı məhz bu möhkəm əsasda qurulur", Putin deyib. Rusiyanın dövlət başçısı əlavə edib ki, iyulda Belarusun faşist işğalçılarından azad edilməsinin 80 illiyi, 2025-ci ilin mayında isə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi qeyd olunacaq:"Bu, bizim üçün əlamətdar olan ən mühüm, yaddaqalan tarixlərdir. Rusiya və Belarusun əsl müttəfiqliyi və strateji tərəfdaşlığı elə möhkəm təməl üzərində qurulub ki, son 25 il ərzində onun çərçivəsində biz İttifaq Dövlətini birgə qururuq". O xatırladıb ki, Belarus lideri Sankt-Peterburqda Leninqrad mühasirəsinin başa çatmasının 80 illiyi münasibətilə keçirilən anım tədbirlərində iştirak edib və bu tarix iki ölkə üçün də əlamətdardır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/16/460781194_70:0:2801:2048_1920x0_80_0_0_9297d4a67cc3f8dcda8c6cd791334ae9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, belarus, sankt-peterburq
rusiya prezidenti vladimir putin, belarus, sankt-peterburq
Putin: Rusiya və Belarus sanksiyalar şəraitində bir-birinə kömək edirlər
RF lideri qeyd edib ki, Rusiya və Belarusun misli görünməmiş xarici təzyiq şəraitində dünya miqyasında yaxından qarşılıqlı əlaqədə olması və bir-birinə daima həqiqi müttəfiq olaraq qarşılıqlı dəstək verməsi vacibdir.
BAKI, 29 yanvar — Sputnik. Rusiya Federasiyası və Belarus xarici təzyiq şəraitində bir-birinə kömək edir və qlobal və regional problemlərə ümumi yanaşmaya malikdirlər. Bunu Rusiya Prezidenti Vladimir Putin İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında bildirib.
"Rusiya və Belarusun misli görünməmiş xarici təzyiq şəraitində dünya miqyasında yaxından qarşılıqlı əlaqədə olması və bir-birinə daima həqiqi müttəfiq olaraq qarşılıqlı dəstək verməsi vacibdir. Ölkələrimizin cari qlobal və regional problemlərə yanaşmaları üst-üstə düşür və ya bir çox cəhətdən yaxındır. Rusiya və Belarusu ümumi mənəvi dəyərlər və ortaq tarix birləşdirir, iki ölkənin tərəfdaşlığı məhz bu möhkəm əsasda qurulur", Putin deyib.
Rusiyanın dövlət başçısı əlavə edib ki, iyulda Belarusun faşist işğalçılarından azad edilməsinin 80 illiyi, 2025-ci ilin mayında isə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi qeyd olunacaq:
"Bu, bizim üçün əlamətdar olan ən mühüm, yaddaqalan tarixlərdir. Rusiya və Belarusun əsl müttəfiqliyi və strateji tərəfdaşlığı elə möhkəm təməl üzərində qurulub ki, son 25 il ərzində onun çərçivəsində biz İttifaq Dövlətini birgə qururuq".
O xatırladıb ki, Belarus lideri Sankt-Peterburqda Leninqrad mühasirəsinin başa çatmasının 80 illiyi münasibətilə keçirilən anım tədbirlərində iştirak edib və bu tarix iki ölkə üçün də əlamətdardır.