Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünya idmanında Qərbin hökmranlığı üçün təhlükəli proseslər yaranıb - Narışkin

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidRusiya Xarici Kəşfiyyat Xidməti (XKX) xidmətin direktoru Sergey Narışkin
Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) xidmətin direktoru Sergey Narışkin - Sputnik Azərbaycan, 1920, 29.01.2024
Abunə olmaq
WADA rəhbəri Rusiyanın əzmlə təşkil etdiyi yarışları gözdən salmaq vəzifəsini öz üzərinə götürüb və yarışlarda iştirak etməyi planlaşdıran əcnəbi idmançılar hədələnirlər.
BAKI, 29 yanvar — Sputnik. ABŞ-da hesab edirlər ki, dünya idmanında Qərbin hökmranlığı üçün təhlükəli olan çoxqütblülüyün formalaşması prosesləri gedir. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin deyib.
Onun fikrincə, dominantlığını qorumağa çalışan ABŞ getdikcə daha çox Rusiyada təşkil olunan idman tədbirlərini pozmağa çalışır. Əsas ümidlər Ümumdünya Antidopinq Agentliyinə (WADA) və şəxsən onun prezidenti Vitold Bankayadır:

"Amerikalılar Bankanın 2025-ci ildə WADA-dakı səlahiyyət müddəti başa çatdıqdan sonra karyerasını uğurla davam etdirməkdə maraqlı olacağını və "isti yer" əldə etmək üçün onlara "gözətçi iti" kimi xidmət edəcəyini gözləyirlər".

Narışkinin qeydinə görə, ABŞ-ın hesablamaları qismən haqlıdır. WADA rəhbəri Rusiyanın əzmlə təşkil etdiyi yarışları gözdən salmaq vəzifəsini öz üzərinə götürüb və yarışlarda iştirak etməyi planlaşdıran əcnəbi idmançılar "Olimpiya idman növlərində karyeralarının iflasa uğraması" ilə hədələnirlər.
"Bununla belə, Qərbin Rusiya ilə mübarizəsi artıq tam əks nəticələr verməyə başlayır. Bankanın dünya idmanının inkişafına zərər vuran açıq-aşkar amerikapərəst fəaliyyəti peşəkar dairələrdə artan qıcıqlara səbəb olur" - Narışkin deyib.
Onun sözlərinə görə, oxşar münasibəti 2021-ci ildə yaradılmış və Latın Amerikası ölkələri ilə yanaşı, Andorra, İspaniya və Portuqaliyanın da daxil olduğu İbero-Amerika Antidopinq Şəbəkəsi (RILD) nümayiş etdirir.
Dünya idmanının suverenləşməsi prosesləri ədalətli çoxqütblü dünya nizamının formalaşması istiqamətində ümumi tendensiyanı əks etdirir və beynəlxalq idman hərəkatını əsl Olimpiya ruhuna, ədalətli mübarizə və dostluğa qaytarmağa xidmət edir.
Xəbər lenti
0