Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ukrayna vasitəsilə və başqa yolla Avropaya qaz nəqlini müzakirə etməyə hazırdır

© Sputnik / Murad OrujovRusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak - Sputnik Azərbaycan, 1920, 27.01.2024
Abunə olmaq
Ukrayna hökumətindəki mənbələr bildirib ki, bu ölkə vasitəsilə Rusiya qazının Avropaya tranziti ilə bağlı müddəti 2024-cü ilin sonunda başa çatacaq.
BAKI, 27 yanvar - Sputnik. Rusiya Ukrayna və digər marşrutlar üzrə tranzitlə Avropaya qaz nəqlini müzakirə etməyə hazırdır, lakin hələ ki, qarşı tərəfdən belə bir istək görmür. RİA Novosti xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak "Rusiya" sərgi və forumunda Enerji Günü çərçivəsində jurnalistlərə Ukrayna və digər marşrutlar vasitəsilə qazın Avropaya nəqlini şərh edərkən deyib.

"Qarşı tərəfdən istək olarsa, müzakirə etməyə hazırıq. Hələlik belə bir istək görmürük" - Novak bildirib.

Daha əvvəl RBC-Ukrayna agentliyi Ukrayna hökumətindəki mənbələrə istinadən xəbər vermişdi ki, bu ölkə vasitəsilə Rusiya qazının Avropaya tranziti ilə bağlı müddəti 2024-cü ilin sonunda başa çatacaq və müqaviləni yeniləmək niyyətində deyil; tranzit yalnız, alıcı Ukraynanın qaz nəqli sistemini icarəyə götürərsə, bu müddətdən sonra mümkün olacaq.
“Rusiya” beynəlxalq sərgi və forumu 2023-cü il noyabrın 4-dən 2024-cü il aprelin 12-dək Moskvada keçirilir. Tədbir iqtisadiyyatın müxtəlif sahələrində ölkənin ən mühüm nailiyyətlərini nümayiş etdirmək üçün təşkil olunub, Rusiyanın bütün 89 regionu öz ekspozisiyalarını təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0