https://sputnik.az/20240127/putin-piskaryovskoye-qebiristanliginda-veten-abidesi-onune-eklil-qoyub-462230523.html
Putin Piskaryovskoye qəbiristanlığında “Vətən” abidəsi önünə əklil qoyub
Putin Piskaryovskoye qəbiristanlığında “Vətən” abidəsi önünə əklil qoyub
Sputnik Azərbaycan
Нanvarın 27-də Rusiya Federasiyasında Leninqradın faşist blokadasından tam azad edilməsi günü kimi qeyd olunur. 27.01.2024, Sputnik Azərbaycan
2024-01-27T15:33+0400
2024-01-27T15:33+0400
2024-01-27T15:33+0400
rusiya
rusiya prezidenti vladimir putin
leninqrad mühasirəsi
https://cdnn1.img.sputnik.az/img/07e8/01/1b/462230355_0:0:2969:1671_1920x0_80_0_0_a11b4a6fa09db05fdadbae3fcfe5f463.jpg
BAKI, 27 yanvar - Sputnik. Leninqrad mühasirəsinin tamamilə aradan qaldırılmasının ildönümündə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Piskarevskoye xatirə qəbiristanlığında “Vətən” abidəsinin önünə əklil qoyub.Bu gün Leninqradın faşist blokadasından tam azad edilməsinin 80 ili tamam olur. Bu gün prezident şəhər sakinlərinin və müdafiəçilərinin xatirəsini ehtiramla yad edib.Putin memorial kompleksi ziyarət edərkən mühasirə zamanı uşaq ikən dünyasını dəyişən qardaşının dəfn olunduğu kütləvi məzarlığa gül dəstələri qoyub. Prezident qırmızı qızılgül dəstəsi qoyub, diz çöküb məzar başında bir az uzandı.Prezident “Vətən” abidəsinin önünə əklil qoyma mərasimində də iştirak edib. Fəxri qarovulun əsgərləri əklili xiyaban boyu apararaq abidənin yanına qoydular, Putin üzərindəki lentləri düzəldib.Mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Mərasimdə hərbi orkestr bəstəkar Valeri Xəlilovun “Adaоio” və “Ladoqa” əsərlərini, habelə Rusiya himnini ifa edib.Hər il yanvarın 27-də Rusiya Federasiyasında Leninqradın faşist blokadasından tam azad edilməsi günü (1944) qeyd olunur.1941-42-ci illərin blokada qışında Piskaryovskoye qəbiristanlığı əsas kütləvi dəfn yerinə çevrilib.Burada 420 min Leninqrad sakini və 70 min döyüşçü-şəhər müdafiəçisi kütləvi məzarlıqlarda uyuyur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/1b/462230355_238:0:2969:2048_1920x0_80_0_0_22471b28fd7cd2bd1c79fc064ee3d529.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, leninqrad mühasirəsi
rusiya prezidenti vladimir putin, leninqrad mühasirəsi
Putin Piskaryovskoye qəbiristanlığında “Vətən” abidəsi önünə əklil qoyub
Нanvarın 27-də Rusiya Federasiyasında Leninqradın faşist blokadasından tam azad edilməsi günü kimi qeyd olunur.
BAKI, 27 yanvar - Sputnik. Leninqrad mühasirəsinin tamamilə aradan qaldırılmasının ildönümündə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Piskarevskoye xatirə qəbiristanlığında “Vətən” abidəsinin önünə əklil qoyub.
Bu gün Leninqradın faşist blokadasından tam azad edilməsinin 80 ili tamam olur. Bu gün prezident şəhər sakinlərinin və müdafiəçilərinin xatirəsini ehtiramla yad edib.
Putin memorial kompleksi ziyarət edərkən mühasirə zamanı uşaq ikən dünyasını dəyişən qardaşının dəfn olunduğu kütləvi məzarlığa gül dəstələri qoyub. Prezident qırmızı qızılgül dəstəsi qoyub, diz çöküb məzar başında bir az uzandı.
Prezident “Vətən” abidəsinin önünə əklil qoyma mərasimində də iştirak edib. Fəxri qarovulun əsgərləri əklili xiyaban boyu apararaq abidənin yanına qoydular, Putin üzərindəki lentləri düzəldib.
Mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə hərbi orkestr bəstəkar Valeri Xəlilovun “Adaоio” və “Ladoqa” əsərlərini, habelə Rusiya himnini ifa edib.
Hər il yanvarın 27-də Rusiya Federasiyasında Leninqradın faşist blokadasından tam azad edilməsi günü (1944) qeyd olunur.
1941-42-ci illərin blokada qışında Piskaryovskoye qəbiristanlığı əsas kütləvi dəfn yerinə çevrilib.
Burada 420 min Leninqrad sakini və 70 min döyüşçü-şəhər müdafiəçisi kütləvi məzarlıqlarda uyuyur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.