Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan Rusiyanın COP29-un keçirilməsinə kömək təklifini yüksək qiymətləndirir - Səfir

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu - Sputnik Azərbaycan, 1920, 27.01.2024
Abunə olmaq
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “TASS”a müsahibə verib.
BAKI, 27 yanvar - Sputnik. Bakı Moskvanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransının Azərbaycanda keçirilməsinə yardım etmək təklifini yüksək qiymətləndirir. Bunu TASS-a müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib.

"Bütün bəşəriyyət üçün belə genişmiqyaslı və mühüm konfransa ev sahibliyi etmək əlbəttə ki, çətin məsələdir. Azərbaycan bütün ölkələrlə əməkdaşlığa hazırdır və bu baxımdan Rusiyanın COP29-un keçirilməsinə yardım təklifini yüksək qiymətləndirir" - diplomatik nümayəndəliyin rəhbəri qeyd edib.

Səfir xatırladıb ki, Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş Naziri Aparatının dekabrın 7-də birgə bəyanatına əsasən, İrəvan Bakının xeyrinə COP29-a ev sahibliyi etmək üçün namizədliyini geri götürüb:
“Biz də öz növbəmizdə Ermənistanın ÇNL Bürosuna üzvlüyünə namizədliyini dəstəklədik. Bu fakt iki ölkə arasında etimadın möhkəmlənməsi üçün ilk hiss edilən addım sayıla bilər”.

“Fürsətdən istifadə edərək, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinə namizədliyimizi dəstəklədiklərinə görə təşəkkür etmək istərdim” - diplomatik nümayəndəliyin rəhbəri əlavə edib.

Yaşıl dünya naminə həmrəylik
Səfir, həmçinin Azərbaycanın qlobal əhəmiyyətli müxtəlif problemlərin həlli istiqamətində çox işlər görən ölkə kimi “sabit reputasiya potensialına” malik olduğuna diqqət çəkib.
“Beynəlxalq ictimaiyyətin belə bir qərarı ölkəmizin məsuliyyətli və etibarlı tərəfdaş statusunun sübutudur və onun qlobal ekoloji gündəliyə sadiqliyini əks etdirir” - səfir vurğulayıb.
Polad Bülbüloğlu qeyd edib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının davamı sayıla bilər.
“Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarını 35 faiz azaltmağı hədəfləyir. Daha iddialı məqsəd də qarşıya qoyulub - 2050-ci ilə qədər istixana qazlarının 40 faiz azaldılmasına nail olmaq. Maraqlıdır ki, Azərbaycan prezidenti işğaldan azad edilmiş əraziləri yaşıl enerji zonası elan edib” - səfir bildirib.
Diplomatik nümayəndəliyin rəhbəri qeyd edib ki, 2050-ci ilə qədər bu əraziləri “təmiz, sıfır emissiyalı” məkana çevirmək planlaşdırılır.
Səfir əlavə edib ki, Bakıda iqlim konfransına hazırlıq artıq başlayıb və o, tam sürətlə gedir.

“Lakin, cənab Prezidentin özünün də qeyd etdiyi kimi, COP29-un miqyasını indiyədək Bakıda təşkil olunmuş tədbirlərlə müqayisə etmək olmaz. İki həftə ərzində paytaxtımız dünyanın hər yerindən 70 mindən çox xarici qonağı qəbul edəcək və onların arasında bir çox ölkələrin dövlət başçıları da gözlənilir. Qeyd edim ki, cənab Prezidentin sərəncamına əsasən 2024-cü il Azərbaycanda “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” elan edilib. Əminəm ki, Azərbaycan yüksək səviyyəli konfrans keçirəcək və şübhəsiz ki, bütün bəşəriyyət üçün iqlim gündəmində olan problemlərin həllinə öz töhfəsini verəcək” - Polad Bülbüloğlu fikrini tamamlayıb.

Bundan əvvəl Rusiya prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev bildirib ki, Moskva tədbirin təşkilində Bakıya dəstək verməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0