https://sputnik.az/20240126/soyqu-esas-silah-ve-sursatlarin-istehsalinin-defelerle-artirildigini-aciqlayib-462210323.html
Şoyqu əsas silah və sursatların istehsalının dəfələrlə artırıldığını açıqlayıb
Şoyqu əsas silah və sursatların istehsalının dəfələrlə artırıldığını açıqlayıb
Sputnik Azərbaycan
Nazirin sözlərinə görə, müdafiə məhsulları istehsalının artımı xeyli sayda ixtisaslı mütəxəssislərin cəlb edilməsini və bəzi hallarda 24 saatlıq iş rejiminə... 26.01.2024, Sputnik Azərbaycan
2024-01-26T15:46+0400
2024-01-26T15:46+0400
2024-01-26T16:06+0400
rusiyanın müdafiə naziri sergey şoyqu
rusiya
sergey şoyqu
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445057082_0:0:2957:1663_1920x0_80_0_0_e56b7f3f9cc616aa1e1e1f5095d6f44c.jpg
BAKI, 26 yanvar — Sputnik. Rusiya hərbi-sənaye kompleksi müəssisələrinin istehsal güclərinin modernləşdirilməsi və genişləndirilməsi 2023-cü ildə əsas tələbat olan silah və sursatların istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verdi. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib."Bu gün biz qoşunların silah və hərbi texnika ilə təchizatının, eləcə də infrastruktur obyektlərinin 2023-cü ildəki tikintisini yekunlaşdırırıq. Rusiya Müdafiə Nazirliyinin və hərbi sənaye kompleksi təşkilatlarının səmərəli fəaliyyəti sayəsində əsas tələb olunan silah və sursatların istehsalını əhəmiyyətli dərəcədə artıra bildik. Xüsusən də bu, istehsalat sahələrinin genişlənməsinə və modernləşdirilməsinə, o cümlədən əmək məhsuldarlığının yüksəlməsinə xidmət etdi. Bir çox müəssisələrdə yeni sexlər, yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş ərazilər istifadəyə verilib" - Şoyqu bildirib. Bundan əlavə, nazirin sözlərinə görə, müdafiə məhsulları istehsalının artımı xeyli sayda ixtisaslı mütəxəssislərin cəlb edilməsini və bəzi hallarda 24 saatlıq iş rejiminə keçməyi tələb edirdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445057082_228:0:2957:2047_1920x0_80_0_0_49886170d0a9febba801c0e36d74d439.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu
rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu
Şoyqu əsas silah və sursatların istehsalının dəfələrlə artırıldığını açıqlayıb
15:46 26.01.2024 (Yenilənib: 16:06 26.01.2024) Nazirin sözlərinə görə, müdafiə məhsulları istehsalının artımı xeyli sayda ixtisaslı mütəxəssislərin cəlb edilməsini və bəzi hallarda 24 saatlıq iş rejiminə keçməyi tələb edirdi.
BAKI, 26 yanvar — Sputnik. Rusiya hərbi-sənaye kompleksi müəssisələrinin istehsal güclərinin modernləşdirilməsi və genişləndirilməsi 2023-cü ildə əsas tələbat olan silah və sursatların istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verdi. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"Bu gün biz qoşunların silah və hərbi texnika ilə təchizatının, eləcə də infrastruktur obyektlərinin 2023-cü ildəki tikintisini yekunlaşdırırıq. Rusiya Müdafiə Nazirliyinin və hərbi sənaye kompleksi təşkilatlarının səmərəli fəaliyyəti sayəsində əsas tələb olunan silah və sursatların istehsalını əhəmiyyətli dərəcədə artıra bildik. Xüsusən də bu, istehsalat sahələrinin genişlənməsinə və modernləşdirilməsinə, o cümlədən əmək məhsuldarlığının yüksəlməsinə xidmət etdi. Bir çox müəssisələrdə yeni sexlər, yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş ərazilər istifadəyə verilib" - Şoyqu bildirib.
Bundan əlavə, nazirin sözlərinə görə, müdafiə məhsulları istehsalının artımı xeyli sayda ixtisaslı mütəxəssislərin cəlb edilməsini və bəzi hallarda 24 saatlıq iş rejiminə keçməyi tələb edirdi.