Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada prezident seçkiləri üçün məntəqələr dost olmayan ölkələrdə də açılacaq

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.01.2024
Abunə olmaq
Diplomat əlavə edib ki, xaricdə səsvermənin təmin olunması üçün tədbirlər görülür.
BAKI, 26 yanvar — Sputnik. Rusiyada prezident seçkiləri üçün seçki məntəqələri ölkənin diplomatik nümayəndəliklərinin olduğu bütün ölkələrdə, o cümlədən dost olmayan dövlətlərdə də açılacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Ölkəmizin diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin olduğu bütün ölkələrdə, o cümlədən dost olmayan ölkələrdə seçki məntəqələri açılacaq" - diplomat bildirib.
Siyasətçinin sözlərinə görə, xaricdə ümumilikdə 300-ə yaxın seçki məntəqəsi açılacaq. Zaxarova əlavə edib ki, dost olmayan ölkələrdə Rusiyanın 30-a yaxın xarici müəssisəsinin bağlanması əlavə səsvermə yerlərinin açılması imkanlarını məhdudlaşdırıb. Onun sözlərinə görə, eyni zamanda, Rusiya xaricdə keçiriləcək seçkilərdə təhlükəsizliyi təmin etmək üçün tədbirlər görür.
"Biz bu işi ekstremizm və ya hər hansı bir digər qanunsuz hərəkətlər şəklində pozmağa cəhd etmək istəyən hər kəsə seçkilərin normal gedişatını pozmaq cəhdlərinə görə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq edirik" – Rusiya XİN-in rəsmi nümayəndəsi fikrini yekunlaşdırıb.
Bu yaxınlarda Rusiya MSK sədri Ella Pamfilova səsvermə prosesini 500-dən minə qədər beynəlxalq müşahidəçinin izləyəcəyini bildirib. Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər istənilən regiona prezident seçkilərində işləmək üçün gələ bilərlər. Pamfilova xarici ölkələrdən olan həmkarlarının müşahidəsi üçün "maksimum xeyirxah" və açıq prosesi təşkil edəcəyinə söz verib.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 15, 16 və 17-də keçiriləcək. Rusiyanın 29 regionunun sakinləri üçün qarşıdan gələn seçkilərdə onlayn səsvermə keçiriləcək.
Xəbər lenti
0