https://sputnik.az/20240126/rusiya-xarici-sler-nazirliyi-nato-nun-herbi-telimleri-herbi-insident-riskini-artirir-462216884.html
Rusiya Xarici İşlər Nazirliyi: NATO-nun hərbi təlimləri hərbi insident riskini artırır
Rusiya Xarici İşlər Nazirliyi: NATO-nun hərbi təlimləri hərbi insident riskini artırır
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, NATO təlimlər zamanı Rusiya təhlükəsini dəf etmək üçün tapşırıqları yerinə yetirəcəklərini... 26.01.2024, Sputnik Azərbaycan
2024-01-26T20:32+0400
2024-01-26T20:32+0400
2024-01-26T20:32+0400
rusiya xarici işlər nazirliyi
rusiya
mariya zaxarova
nato
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_0:0:3640:2048_1920x0_80_0_0_2c693dd1c0c0c79ea4c1e5f8437ee984.jpg
BAKI, 26 yanvar — Sputnik. NATO-nun Rusiya sərhədləri yaxınlığındakı "Steadfast Defender" təlimləri hərbi insident riskini artırır və faciəvi nəticələrə səbəb ola bilər. Bunu Rusiya XİN rəsmisi mariya Zaxarova bildirib. "Rusiyanın gərginliyin azaldılması ilə bağlı davamlı çağırışları fonunda Şimali Atlantika blokunun Soyuq Müharibədən bəri ən böyük koalisiya təlimi olan "Steadfast Defender" keçirmək planları suallar doğurur" - Zaxarova brifinqdə deyib. "Manevrlər açıq-aşkar təxribat xarakterlidir: bir neçə ay ərzində NATO-nun 31 ölkəsi və İsveçin 90 minlik qüvvələr qrupu Norveçdən Rumıniyaya qədər Rusiya sərhədləri yaxınlığında aktiv şəkildə fəaliyyət göstərəcək. Bu addım qəsdən vəziyyəti gərginləşdirməyə yönəlib, hərbi insident risklərini artırır və son nəticədə Avropa üçün faciəvi nəticələrə gətirib çıxara bilər", o əlavə edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, NATO təlimlər zamanı Rusiya təhlükəsini dəf etmək üçün tapşırıqları yerinə yetirəcəklərini gizlətmir. "Onun hərbi komitəsinin sədri admiral Rob Bauer bildirib ki, alyans Rusiya ilə münaqişəyə hazırlaşır. Oxşar şərhlər NATO ölkələrinin rəhbərliyindən də dəfələrlə eşidilib. Beləliklə, alyans həm öz mövcudluğuna haqq qazandırmağa çalışır.Biz öz növbəmizdə NATO ölkələrinə hücum planının olmadığını dəfələrlə bəyan etmişik və bir daha təsdiqləmişik" - Zaxarova əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_370:0:3101:2048_1920x0_80_0_0_2e89c8729993d0d753d3d95fe89af791.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xarici işlər nazirliyi, mariya zaxarova, nato, ukrayna
rusiya xarici işlər nazirliyi, mariya zaxarova, nato, ukrayna
Rusiya Xarici İşlər Nazirliyi: NATO-nun hərbi təlimləri hərbi insident riskini artırır
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, NATO təlimlər zamanı Rusiya təhlükəsini dəf etmək üçün tapşırıqları yerinə yetirəcəklərini gizlətmir.
BAKI, 26 yanvar — Sputnik. NATO-nun Rusiya sərhədləri yaxınlığındakı "Steadfast Defender" təlimləri hərbi insident riskini artırır və faciəvi nəticələrə səbəb ola bilər. Bunu Rusiya XİN rəsmisi mariya Zaxarova bildirib.
"Rusiyanın gərginliyin azaldılması ilə bağlı davamlı çağırışları fonunda Şimali Atlantika blokunun Soyuq Müharibədən bəri ən böyük koalisiya təlimi olan "Steadfast Defender" keçirmək planları suallar doğurur" - Zaxarova brifinqdə deyib.
"Manevrlər açıq-aşkar təxribat xarakterlidir: bir neçə ay ərzində NATO-nun 31 ölkəsi və İsveçin 90 minlik qüvvələr qrupu Norveçdən Rumıniyaya qədər Rusiya sərhədləri yaxınlığında aktiv şəkildə fəaliyyət göstərəcək. Bu addım qəsdən vəziyyəti gərginləşdirməyə yönəlib, hərbi insident risklərini artırır və son nəticədə Avropa üçün faciəvi nəticələrə gətirib çıxara bilər", o əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, NATO təlimlər zamanı Rusiya təhlükəsini dəf etmək üçün tapşırıqları yerinə yetirəcəklərini gizlətmir.
"Onun hərbi komitəsinin sədri admiral Rob Bauer bildirib ki, alyans Rusiya ilə münaqişəyə hazırlaşır. Oxşar şərhlər NATO ölkələrinin rəhbərliyindən də dəfələrlə eşidilib. Beləliklə, alyans həm öz mövcudluğuna haqq qazandırmağa çalışır.Biz öz növbəmizdə NATO ölkələrinə hücum planının olmadığını dəfələrlə bəyan etmişik və bir daha təsdiqləmişik" - Zaxarova əlavə edib.