Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb kəşfiyyat xidmətləri Ukrayna TKQ-larını Rusiya hədəflərinə hücumlar üçün hazırlayır

© AP Photo / Mosa'ab Elshamy HIMARS
 HIMARS - Sputnik Azərbaycan, 1920, 26.01.2024
Abunə olmaq
Britaniyalıların bu işdə iştirakı hədəfləri Smolensk və Kursk atom elektrik stansiyaları olan Ukrayna TKQ üzvlərinin saxlanılmasından sonra məlum olub.
BAKI, 26 yanvar — Sputnik. Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bəyan edib ki, Qərb ölkələri Ukraynanın təxribat və kəşfiyyat qruplarını Rusiya atom elektrik stansiyalarında təxribatlar üçün hazırlayır.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
"Mən misallar çəkə bilərəm ki, Qərb kəşfiyyat xidmətləri, ilk növbədə Böyük Britaniyanın "Mİ6"sı Rusiya Federasiyasındakı atom elektrik stansiyalarında təxribat törətmək planlarına daxil olan Ukrayna təxribat və kəşfiyyat qruplarına təlim keçir" – Narışkin bildirib.
FTB rəhbəri Aleksandr Bortnikov da Britaniya xüsusi təyinatlılarının Ukrayna hərbçilərini Rusiya atom elektrik stansiyalarında təxribat törətmək üçün hazırladığını bildirib. O dəqiqləşdirib ki, britaniyalıların bu işdə iştirakı hədəfləri Smolensk və Kursk atom elektrik stansiyaları olan Ukrayna TKQ üzvlərinin saxlanılmasından sonra məlum olub.
Öz növbəsində, Rusiya Silahlı Qüvvələrinin anti-diversiya qrupunun komandiri bildirib ki, rus qoşunları Zaporojye AES-ə çatmağa çalışan Ukrayna TKQ-ləri ilə həftəlik qarşılaşırlar. Onun sözlərinə görə, Rusiyanın xüsusi təxribat əleyhinə qruplarının vəzifəsi Zaporojya AES-i Nikopol şəhəri tərəfdən gözlənilən təhlükələrdan qorumaqdır.
Xəbər lenti
0