https://sputnik.az/20240126/putin-rusiyanin-hindistana-munasibetini-aciqladi-462203477.html
Putin Rusiyanın Hindistana münasibətini açıqladı
Putin Rusiyanın Hindistana münasibətini açıqladı
Sputnik Azərbaycan
Rusiya dövlətinin başçısı Hindistanın sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə heyranedici uğurlar əldə etdiyini bildirib. 26.01.2024, Sputnik Azərbaycan
2024-01-26T14:00+0400
2024-01-26T14:00+0400
2024-01-26T14:04+0400
putin
rusiya
narendra modi
hindistan
yeni dehli
rusiya prezidenti vladimir putin
vladimir putin
kreml
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/08/461172265_0:161:3071:1888_1920x0_80_0_0_70318f326737c7e2903fadcc6a00c063.jpg
BAKI, 26 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Hindistan Prezidenti Draupadi Murmu və bu ölkənin baş naziri Narendra Modini milli bayram - Respublika Günü münasibətilə təbrik edərək, Rusiyanın Hindistanla strateji tərəfdaşlığını yüksək qiymətləndirdiyini qeyd edib. "Biz dövlətlərimiz arasında imtiyazlı strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndiririk. Əminəm ki, birgə səylərlə biz bundan sonra da müxtəlif istiqamətlərdə konstruktiv Rusiya-Hindistan əməkdaşlığını sistemli şəkildə artıracağıq. Bu, dost xalqlarımızın maraqlarına tam cavab verir və regional və qlobal səviyyədə təhlükəsizlik və sabitliyin gücləndiirlməsi üçün uyğundur" - Rusiya prezidentinin Kremlin saytında dərc olunmuş teleqramında deyilir. Rusiya dövlətinin başçısı Hindistanın sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə heyranedici uğurlar əldə etdiyini, dünya miqyasında layiqli nüfuza malik olduğunu və beynəlxalq gündəliyin ən mühüm məsələlərinin həllində fəal iştirak etdiyini vurğulayıb. O, Hindistan prezidentinə və Baş nazirinə möhkəm cansağlığı və uğurlar, Hindistanın bütün vətəndaşlarına isə firavanlıq arzulayıb. 1947-ci il avqustun 15-də Hindistan müstəqillik qazanıb, 1950-ci il yanvarın 26-da isə ölkənin konstitusiyası qüvvəyə minib. O vaxtdan bəri hər il Respublika Günü qeyd olunur və Yeni Dehlidə hərbi parad keçirilir. Tarix ona görə seçilib ki, 1930-cu il yanvarın 26-da Hindistan Milli Konqresi partiyası Hindistanın Britaniya İmperiyasından tam müstəqilliyi uğrunda mübarizəni rəsmən bəyan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/08/461172265_170:0:2901:2048_1920x0_80_0_0_d7792325502765596d2565dbff0a9d91.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, narendra modi, hindistan, yeni dehli, rusiya prezidenti vladimir putin, vladimir putin, kreml
putin, narendra modi, hindistan, yeni dehli, rusiya prezidenti vladimir putin, vladimir putin, kreml
Putin Rusiyanın Hindistana münasibətini açıqladı
14:00 26.01.2024 (Yenilənib: 14:04 26.01.2024) Rusiya dövlətinin başçısı Hindistanın sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə heyranedici uğurlar əldə etdiyini bildirib.
BAKI, 26 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Hindistan Prezidenti Draupadi Murmu və bu ölkənin baş naziri Narendra Modini milli bayram - Respublika Günü münasibətilə təbrik edərək, Rusiyanın Hindistanla strateji tərəfdaşlığını yüksək qiymətləndirdiyini qeyd edib.
"Biz dövlətlərimiz arasında imtiyazlı strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndiririk. Əminəm ki, birgə səylərlə biz bundan sonra da müxtəlif istiqamətlərdə konstruktiv Rusiya-Hindistan əməkdaşlığını sistemli şəkildə artıracağıq. Bu, dost xalqlarımızın maraqlarına tam cavab verir və regional və qlobal səviyyədə təhlükəsizlik və sabitliyin gücləndiirlməsi üçün uyğundur" - Rusiya prezidentinin Kremlin saytında dərc olunmuş teleqramında deyilir.
Rusiya dövlətinin başçısı Hindistanın sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə heyranedici uğurlar əldə etdiyini, dünya miqyasında layiqli nüfuza malik olduğunu və beynəlxalq gündəliyin ən mühüm məsələlərinin həllində fəal iştirak etdiyini vurğulayıb. O, Hindistan prezidentinə və Baş nazirinə möhkəm cansağlığı və uğurlar, Hindistanın bütün vətəndaşlarına isə firavanlıq arzulayıb.
1947-ci il avqustun 15-də Hindistan müstəqillik qazanıb, 1950-ci il yanvarın 26-da isə ölkənin konstitusiyası qüvvəyə minib. O vaxtdan bəri hər il Respublika Günü qeyd olunur və Yeni Dehlidə hərbi parad keçirilir. Tarix ona görə seçilib ki, 1930-cu il yanvarın 26-da Hindistan Milli Konqresi partiyası Hindistanın Britaniya İmperiyasından tam müstəqilliyi uğrunda mübarizəni rəsmən bəyan edib.