Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Narışkin: Qərbin mövqeyinə baxmayaraq, Rusiya XHƏ-də məqsədlərindən əl çəkməyəcək

© SputnikRusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin - Sputnik Azərbaycan, 1920, 26.01.2024
Abunə olmaq
Narışkinin fikrincə, bu cür bəyanatlar Qərbin Rusiyaya qarşı təcavüzünə və anti-Rusiya ritorikasına haqq qazandırmaq üçün aparmağa çalışdığı informasiya müharibəsi ilə bağlıdır.
BAKI, 26 yanvar — Sputnik. Qərb ölkələrinin Moskvanı "NATO-ya hücum planlaşdırmaqda" ittiham etmək cəhdləri Rusiya tərəfini XHƏ-də məqsədlərindən əl çəkməyə məcbur etməyəcək.
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib. "RİA Novosti" bu barədə məlumat yayıb.
Narışkinin fikrincə, bu cür bəyanatlar Qərbin Rusiyaya qarşı təcavüzünə və anti-Rusiya ritorikasına haqq qazandırmaq üçün aparmağa çalışdığı informasiya müharibəsi ilə bağlıdır.
"Qərblilər Rusiyaya təsir etmək ümidi ilə döyüşkənliklərini, səfərbərlik hazırlıqlarını vurğulayırlar ki, Rusiya və Rusiya Federasiyasının siyasi rəhbərliyi öz planlarından, xüsusi hərbi əməliyyatın planlarından və məqsədlərindən imtina etsin" – o izah edib.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirmişdi ki, Berlin Rusiya ilə hərbi münaqişə təhlükəsini dərk etməlidir, ona görə də Almaniya silahlanmalıdır. O qeyd edib ki, Rusiya Federasiyası ilə üz-üzə gəlmək üçün Baltikyanı ölkələrdə alman briqadası olmalıdır.
Xəbər lenti
0