https://sputnik.az/20240126/kiyevin-rusiyadan-qaz-tranzitinden-imtina-etmesi-tedaruk-zencirlerini-deyisecek-462213232.html
Kiyevin Rusiyadan qaz tranzitindən imtina etməsi tədarük zəncirlərini dəyişəcək
Kiyevin Rusiyadan qaz tranzitindən imtina etməsi tədarük zəncirlərini dəyişəcək
Sputnik Azərbaycan
Kremlin nümayəndəsi alternativ marşrutların mövcudluğunu xatırladıb. 26.01.2024, Sputnik Azərbaycan
2024-01-26T22:34+0400
2024-01-26T22:34+0400
2024-01-26T22:34+0400
peskov
rusiya
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460850836_0:21:2145:1228_1920x0_80_0_0_ca659602098440343502379e9ee1c2cb.jpg
BAKI, 26 yanvar — Sputnik. Kiyevin Rusiya qazının tranziti üçün Moskva ilə müqavilənin uzadılmasından imtina etməsi Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə aparan bütün logistika zəncirlərinin dəyişməsinə səbəb olacaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxışı zamanı edib. "Alternativ marşrutlar var, ancaq ilk öncə, onların hamısı artıq bir çox cəhətdən bloklanıb. Təbii ki, bu, bütün logistika zəncirlərində dəyişikliklərə gətirib çıxaracaq" - Kremlin nümayəndəsi bildirib. Peskov Türkiyə ilə bağlı marşrutları da xatırladıb, həmçinin hazırda bazarda çox tələb olunan mayeləşdirilmiş təbii qazın tədarükünə də işarə edib. Bu yaxınlarda Ukrayna hökuməti Slovakiyanın Baş naziri Robert Fitsonun Rusiya tərəfi ilə qaz tranziti sazişinin müddətinin uzadılması ilə bağlı razılığa gəlmək niyyəti barədə bəyanatını təkzib edib. Kiyev "Avropa ölkəsi ilə qaz nəqli şəbəkəsindən istifadə etmək barədə danışmağa hazırlaşdığını" bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460850836_140:0:2071:1448_1920x0_80_0_0_7f6acac3da0a020e00b12ff9fd086f6b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, ukrayna
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, ukrayna
Kiyevin Rusiyadan qaz tranzitindən imtina etməsi tədarük zəncirlərini dəyişəcək
Kremlin nümayəndəsi alternativ marşrutların mövcudluğunu xatırladıb.
BAKI, 26 yanvar — Sputnik. Kiyevin Rusiya qazının tranziti üçün Moskva ilə müqavilənin uzadılmasından imtina etməsi Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə aparan bütün logistika zəncirlərinin dəyişməsinə səbəb olacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxışı zamanı edib.
"Alternativ marşrutlar var, ancaq ilk öncə, onların hamısı artıq bir çox cəhətdən bloklanıb. Təbii ki, bu, bütün logistika zəncirlərində dəyişikliklərə gətirib çıxaracaq" - Kremlin nümayəndəsi bildirib.
Peskov Türkiyə ilə bağlı marşrutları da xatırladıb, həmçinin hazırda bazarda çox tələb olunan mayeləşdirilmiş təbii qazın tədarükünə də işarə edib.
Bu yaxınlarda Ukrayna hökuməti Slovakiyanın Baş naziri Robert Fitsonun Rusiya tərəfi ilə qaz tranziti sazişinin müddətinin uzadılması ilə bağlı razılığa gəlmək niyyəti barədə bəyanatını təkzib edib. Kiyev "Avropa ölkəsi ilə qaz nəqli şəbəkəsindən istifadə etmək barədə danışmağa hazırlaşdığını" bildirib.