https://sputnik.az/20240125/lavrov-svecre-xn-bmt-deki-gorusde-rusiya-federasiyasina-vasitecilik-teklif-edib-462190895.html
Lavrov: İsveçrə XİN BMT-dəki görüşdə Rusiya Federasiyasına vasitəçilik təklif edib
Lavrov: İsveçrə XİN BMT-dəki görüşdə Rusiya Federasiyasına vasitəçilik təklif edib
Sputnik Azərbaycan
Kassis əmin edib ki, ölkə istənilən məsələdə vasitəçi olmağa hazırdır. Lavrov isə cavab olaraq qeyd edib ki, vasitəçi neytral olmalıdır. 25.01.2024, Sputnik Azərbaycan
2024-01-25T15:43+0400
2024-01-25T15:43+0400
2024-01-25T16:02+0400
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
rusiya
isveçrə
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1c/461631416_0:0:3223:1813_1920x0_80_0_0_95cf2dbc01150f6f92a7232455659a09.jpg
BAKI, 25 yanvar — Sputnik. İsveçrənin xarici işlər naziri İqnazio Kassis BMT-dəki toplantıda rusiyalı həmkarı Sergey Lavrova müraciət edərək Rusiya Federasiyasına vasitəçiliyini təklif edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri mətbuat konfransında danışıb. Diplomatın sözlərinə görə, Kassis əmin edib ki, ölkə istənilən məsələdə vasitəçi olmağa hazırdır. Lavrov isə cavab olaraq qeyd edib ki, vasitəçi neytral olmalıdır. Ukrayna münaqişəsinə qədər İsveçrə hərbi və siyasi neytrallığı ilə məşhur idi və bu, ona danışıqlar proseslərini tənzimləməyə imkan verirdi. Ancaq hazırda bu keyfiyyətdən danışmaq çətindir. "O dedi ki, biz hələ də hazırıq və hər zaman xidmətinizdəyik. Amma mən onun diqqətini ona yönəltdim ki, onların milli təhlükəsizlik strategiyası var" - Lavrov qeyd edib. Bu strategiyaya əsasən, İsveçrə Avropanın təhlükəsizliyindən ötrü Rusiya ilə birgə olmaq deyil, ona qarşı çıxmaq niyyətindədir. Daha əvvəl Kassis bildirmişdi ki, İsveçrə Rusiya və Ukrayna arasında sülh danışıqlarının təşkili üzrə dialoqu blokdan çıxarmağa ümid edir. Eyni zamanda, o etiraf etmişdi ki, Rusiya Federasiyası olmadan bu proses tamamilə mümkün deyil.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1c/461631416_247:0:2978:2048_1920x0_80_0_0_7fb20f6649c5933fbbdab12ba2a9f7b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, isveçrə
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, isveçrə
Lavrov: İsveçrə XİN BMT-dəki görüşdə Rusiya Federasiyasına vasitəçilik təklif edib
15:43 25.01.2024 (Yenilənib: 16:02 25.01.2024) Kassis əmin edib ki, ölkə istənilən məsələdə vasitəçi olmağa hazırdır. Lavrov isə cavab olaraq qeyd edib ki, vasitəçi neytral olmalıdır.
BAKI, 25 yanvar — Sputnik. İsveçrənin xarici işlər naziri İqnazio Kassis BMT-dəki toplantıda rusiyalı həmkarı Sergey Lavrova müraciət edərək Rusiya Federasiyasına vasitəçiliyini təklif edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri mətbuat konfransında danışıb.
Diplomatın sözlərinə görə, Kassis əmin edib ki, ölkə istənilən məsələdə vasitəçi olmağa hazırdır. Lavrov isə cavab olaraq qeyd edib ki, vasitəçi neytral olmalıdır.
Ukrayna münaqişəsinə qədər İsveçrə hərbi və siyasi neytrallığı ilə məşhur idi və bu, ona danışıqlar proseslərini tənzimləməyə imkan verirdi. Ancaq hazırda bu keyfiyyətdən danışmaq çətindir.
"O dedi ki, biz hələ də hazırıq və hər zaman xidmətinizdəyik. Amma mən onun diqqətini ona yönəltdim ki, onların milli təhlükəsizlik strategiyası var" - Lavrov qeyd edib.
Bu strategiyaya əsasən, İsveçrə Avropanın təhlükəsizliyindən ötrü Rusiya ilə birgə olmaq deyil, ona qarşı çıxmaq niyyətindədir.
Daha əvvəl Kassis bildirmişdi ki, İsveçrə Rusiya və Ukrayna arasında sülh danışıqlarının təşkili üzrə dialoqu blokdan çıxarmağa ümid edir. Eyni zamanda, o etiraf etmişdi ki, Rusiya Federasiyası olmadan bu proses tamamilə mümkün deyil.