Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Qərbin anti-Rusiya siyasətinin arxasında kimin dayandığını açıqlayıb

© AFP 2024 / DIMITAR DILKOFFKremlə mənzərə, arxiv
Kremlə mənzərə, arxiv  - Sputnik Azərbaycan, 1920, 25.01.2024
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Qərbin Rusiyaya qarşı mövqeyini Vaşinqton müəyyən edir.
BAKI, 25 yanvar — Sputnik. Qərb qətiyyətlə Vaşinqtonda müəyyən edilən Rusiyaya qarşı sərt mövqeyi tutur.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Birinci kanal"ın efirində deyib.
"Qərb açıq şəkildə anti-Rusiya mövqeyini tutur. Və ilk növbədə Şimali Atlantika Alyansının müəyyən etdiyi mövqeyi tutur. Bu Alyansın siyasəti okeanın o biri tərəfində, Vaşinqtonda müəyyən edilir" - Peskov vurğulayıb.
Bu yaxınlarda Rusiya dövlət başçısının mətbuat katibi qeyd edib ki, avropalılar həmişə xarici düşmən axtarışına meylli olublar. Peskov hesab edir ki, Avropa İttifaqı (Aİ) öz ölkələrinin sakinlərinin diqqətini bilərəkdən real iqtisadi problemlərdən yayındırır. Eyni zamanda, Aİ çoxdan Rusiyanı düşmən kimi elan edib.
"Kiyev öz xalqını atdığı qırğına görə məsuliyyətdən yayınaraq, məhbusların olduğu təyyarəni qəsdən vurub" - Yevgeni Balitski Ukrayna Silahlı Qüvvələrinin (USQ) və Zelenskinin terror aktı ilə bağlı öz açıqlamasını verib.
Kremldə onu da diqqətə çatdırıblar ki, Qərb yerli parlamentləri Ukraynaya əlavə yardımın ayrılması zərurətinə inandırmaq üçün hər cür hiyləyəni edir.
Xəbər lenti
0