Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukraynalı əsirlər təyyarə qəzasında həlak oldular

© Photo : social media İl-76 nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb
 İl-76 nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Abunə olmaq
Təyyarənin göyərtəsində olan əsir götürülmüş Ukrayna Silahlı Qüvvələrinin (USQ) 65 hərbi qulluqçusu mübadilə üçün Belqorod vilayətinə aparılırmış.
BAKI, 24 yanvar — Sputnik. Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təyyarənin bortunda 65 ukraynalı əsir, 6 ekipaj üzvü və onu müşayiət edən şəxslər olublar.

"Moskva vaxtı ilə (Bakı vaxtı ilə saat 12.00) saat 11.00 radələrində İl-76 təyyarəsi Belqorod vilayətində planlaşdırılmış uçuş zamanı qəzaya uğrayıb. Təyyarədə Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, təyyarənin altı ekipaj üzvü və üç müşayiət edən şəxs olub" - məlumatda deyilir.

Təyyarənin göyərtəsində olan əsir götürülmüş Ukrayna Silahlı Qüvvələrinin (USQ) 65 hərbi qulluqçusu mübadilə üçün Belqorod vilayətinə aparılırmış.
Bundan əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov öz teleqram kanalında Koroçanski rayonunda baş vermiş insident barədə məlumat vermişdi. Onun sözlərinə görə, hazırda hadisə yerində istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0